Müzəffər Ağakərimov: "Daxili və xarici turizmdən gələn gəlirlər bir ölkənin büdcəsinin əsas yerini tutur

Müzəffər Ağakərimov: Müzəffər Ağakərimov: "Daxili və xarici turizmdən gələn gəlirlər bir ölkənin büdcəsinin əsas yerini tutur"
"Pandemiya dövründən sonra turizm və hotelçilik sahəsində yeni çağırışlar yaranıb. Eyni zamanda, sərhədlərin hələ də bağlı olması bu sektorun inkişafına təsirsiz ötüşmür".
Oxu.Az xəbər verir ki, bunu "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinin (ATAA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
M.Ağayev bildirib ki, koronavirus pandemiyası Azərbaycan turizminin güclü bünövrəsinin olduğunu sübut etdi:
"Məhz bu güclü bünövrəyə görə pandemiya dövründən Azərbaycan turizmi üzüağ çıxdı. Azərbaycan turizm sektoru bu gün yenidən bərpa və inkişaf mərhələsindədir. Sərhədlərlə bağlı məsələ də vaxtı gələndə həll olunacaq. Azərbaycanın hər bir guşəsində daxili turizm yüksək səviyyədə inkişaf edir. Ümumiyyətlə, daxili və xarici turizmdən gələn gəlirlər bir ölkənin büdcəsinin əsas yerini tutur. Fikir verin, 10 il bundan öncə daxili turizm bir o qədər də inkişaf etməmişdi. İndi isə öz vətəndaşlarımızın böyük bir hissəsi istirahət zamanı daxili turizmin imkanlarından yararlanır.
Bu, bir yox, bir neçə amildən irəli gəlir. Ukrayna və Rusiya arasındakı müharibə, Yaxın Şərqdə baş verən hadisələr və eləcə də bir sıra digər proseslər turistlərin seçiminə təsir edir.
Azərbaycan əhalisi öz ölkəsində istirahət etməyə üstünlük verir. Düşünürəm ki, bu, düzgün qərardır. Bütün Qafqazda Azərbaycan həm insan potensialına, həm ərazisinə, həm təbii nemətlərinə görə birinci yerdə qərarlaşıb. Biz bütün qüvvəmizi daxili turizmə yönəltsək, sürətli inkişaf əldə edərik. Bu da get-gedə ölkə büdcəsinə daha çox gəlir gətirər".
Tələbələrin təhsil ala-ala təcrübə üçün hotellərə göndərilməsi məsələsinin önəmli olduğunu vurğulayan M.Ağakərimov onu da əlavə edib ki, bu gün təhsil müəssisələri ilə sənaye sahəsində çalışan mütəxəssislər birgə fəaliyyətə meyillidirlər:
"Tələbələrin hotellərə praktika üçün göndərilməsi təmin ediləcək. Həmin hotellərin mütəxəssisləri hər bir departament - təmizlik, ön büro, restoran, içki şöbəsi və s. - üzrə tələbələrə müvafiq təlimlər keçəcəklər. Burada heç bir problem olmayacaq. Hazırda hotellərdə istədin-istəmədin təcrübə qazanılır. Lap heç bir anlayışı olmayan, bu sahəyə həvəsi olan biri hoteldə təcrübəyə başlasa, cəmi üç ay sonra özündəki ciddi dəyişikliyi hiss edəcək. Burada yeganə problem dil bilikləridir. Dil bilikləri turizm və hotelçilik sektorunda təməl prinsiplərdən biridir. Turistlərlə əl-qol ilə danışmaq, izah etmək mümkün deyil. Digər sahələrdə jestlərlə işin içindən çıxmaq olar, amma bizim sektorda düzgün ünsiyyət bacarığı vacib şərtdir. Xüsusilə rus və ingilis dillərini bilmək tövsiyə edilir. Nə qədər çox dil bildin, o qədər yaxşıdır".
Könül Cəfərli

Turizm       Tarix: 25 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib. Nazirlər Kabineti "Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası"nda dəyişiklik edib.  xəbər verir ki, Qaydaya əsasən, aviasiya təhlükəsizliy

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO. Sumqayıt şəhərinin Corat qəsəbəsində beş yüz illik tarixə şahidlik edən Hacı Məcid hamamına sahib çıxan yoxdur. . Belə ki, tarixi hama

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik. "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıql

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd


yeni xeberler azerbaycan xeberleri son xeberler dunya xeberleri son xeber az son xeberler bugun 2026 canli kriminal bugun