Müzəffər Ağakərimov: "Qarabağda yeni turizm növləri inkişaf etdiriləcək
Müzəffər Ağakərimov: "Qarabağda yeni turizm növləri inkişaf etdiriləcək"
"Şərqi Zəngəzur və Qarabağda yeni turizm növlərinin inkişafı üçün gözəl şərait var".
Oxu.Az xəbər verir ki, bu fikirləri "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyi (ATAA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
O bildirib ki, Şərqi Zəngəzuru, Qarabağı azad etdikdən sonra həmin ərazilərin turizm məkanına çevrilməsinə başlanılıb.
M.Ağakərimovun sözlərinə görə, bu ərazilərdə turizm potensialı genişləndikcə yeni kadrlara ehtiyac yaranacaq:
"Əvvəlki illərə nisbətən bu gün hotelçilik sektorunda kadr hazırlığında kifayət qədər irəliləyişlər var. Əvvəllər bizdə bu istiqamətdə tədris müəssisələri çox az idi. Son 20-30 il ərzində bu tədris müəssislərinin sayı artırıldı. İsmayıllı, Qəbələ, Qusar və Şəkidə bu istiqamətdə peşə məktəblərinin yaranması, Mingəçevirdə kollec fəaliyyəti kadr hazırlanmasına təkan oldu. Eləcə də Turizm və Menecment Universiteti, Bakı Dövlət Universiteti, Qərb Universiteti, İqtisadiyyat Universiteti, Mədəniyyət və İncəsənət Universitetində turizm kafedralarının, fakültələrinin fəaliyyət göstərməsi bu istiqamətdə müsbət dəyişikliklərə gətirib çıxarır".
Azərbaycan Silahlı Qüvvələrinin Şərqi Zəngəzuru, Qarabağı düşməndən azad etdiyini diqqətə çatdıran M.Ağakərimov hazırda bu ərazilərin turizm məkanına çevrilməsi istiqamətində tədbirlər həyata keçirildiyini vurğulayıb:
"Qarabağda onlarla yeni hotellər inşa olunmalı, turizm şirkətləri fəaliyyət göstərməlidir. İnanırıq ki, Şərqi Zəngəzur, ümumiyyətlə Qarabağ turizm sektorunda önəmli yerini tutacaqdır. Çünki oranın gözəl yeri, təbii ehtiyatları turistlərin diqqətini çəkəcəkdir. Məhz Şərqi Zəngəzur və Qarabağda yeni turizm növlərinin - qış turizmi, çadır turizmi, mədəni tarixi turizmi, sağlamlıq turizmi, eləcə də qastronomik turizmin inkişafı üçün gözəl şərait var. Qarabağda inkişaf edəcək sağlamlıq turizmi bizim məşhur Naftalan sağlamlıq məkanı kimi yer olacaq və nəinki daxili, eləcə də xarici turistlər oraya üz tutacaqdır. Turistlərin orada qalması və istirahəti üçün mütləq yeni müasir standartlara cavab verən hotellər inşa olunmalıdır. Bu, həm də dövlət siyasətinin bir hissəsidir. Biz inanırıq ki, orada hotellər inşa olunduqdan sonra ali təhsil müəssisələrində, peşə məktəblərində hotelçilik üzrə təhsil alan tələbələr işlə təmin olunacaqlar".
Könül Cəfərli

Azərbaycanda nə qədər işsiz var?
Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU
Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ
Faiq Ağayevə ağır itki üz verdi
Premyer Liqada II tur: "Qəbələ" "Şəfa"ya, "Zirə" "İmişli"yə qarşı
Yeniyetmə bacı-qardaş göldə batdı - Qızın meyiti tapıldı
Daha bir ölkə hazırlıq görür: Rusiyaya hücum olacaq
Hamiləliyini sonlandırarkən ölən qadın əvvəlcə bu hospitalda olub - DETALLAR
Azərbaycanda ən çox bahalaşan ərzaq məhsulları - SİYAHI
Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə
Yunanıstan Azərbaycandan neft idxalını artırıb
Əlillik pensiyasından yaşa görə pensiyaya keçid: Hansı məbləğ daha sərfəlidir?
"Fənərbaxça"dan Taliska açıqlaması
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan xəbər var - FOTO / Yenilənib
Ağcabədidə ağır qəza: yaralılar var