Müzəffər Ağakərimov: "Turizm üzrə dərs deyən müəllim hotel biznesində çalışmalıdır" - FOTO

Müzəffər Ağakərimov: Müzəffər Ağakərimov: "Turizm üzrə dərs deyən müəllim hotel biznesində çalışmalıdır" - FOTO
"Bu gün turizm sənayesinin mövcud vəziyyəti ilə universitetdə hotelçilik üzrə tədris proqramı bir o qədər də üst-üstə düşmür. Bu, bir çox sahələrdə belədir. Ümumiyyətlə bütün sahələrdə olduğu kimi hotelçilik sahəsində də tədris proqramları hazırlanarkən mütəxəssislərin rəyi bilinməlidir. Sənaye sahəsində fəaliyyət göstərən mütəxəssislər də proqram təminatında elə qızıl ortanı seçməlidirlər ki, bu proqram gələcəkdə tələbələrin fəaliyyətinə müsbət təsir göstərsin".
Oxu.Az xəbər verir ki, bu fikirləri xəbər verir ki, bunu "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinin (ATAA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
Müzəffər Ağakərimov: Onun sözlərinə görə, tələbələrin gələcəkdə sənaye sahəsində işlə təminatında problem yaşanmaması üçün bu məqamlara, elmi-praktiki konfranslara üstünlük verilməlidir.
M.Ağakərimov qeyd edib ki, gələcəkdə hotelçilik üzrə tədris proqramlarına müsbət dəyişikliklərin edilməsinə ehtiyac var:
"Mən inanıram ki, gələcəkdə bu proqramlarda müsbət mənada dəyişikliklər olacaq. Tələbələrimiz də düzgün tədris proqramlarını öyrənməklə sənaye sahəsində uğurlu işlərdə çalışa biləcəklər. Ümumiyyətlə bu problem 5-10 ilin söhbəti deyil. Konkret deyimik Avstriyada, İsveçrədə hotel biznesi üzrə tədrisin ¾ hissəsi təcrübəyə ayrılır. Bu proqramın bizdə də tətbiqinə xüsusi diqqət ayrılmasını istərdim. Mən özüm də kurslar apararkən proqramları şəxsən özüm və bu praktikalara əsaslanaraq hazırlayırdım. Məhz Avropa standartlarına uyğun fəaliyyət olmalıdır. Təsəvvür edin qalın bir kitab oxumaqla təyyarəni sürmək və ya avtomobili sərbəst idarə etmək mümkündür? Əlbəttə ki, xeyr. Nəzəri biliklər praktiki vərdişlərlə tamamlanmalıdır. Siz o praktikanı keçməsəniz, təcrübə toplamasanız bu iş ola bilməz. Hər bir sahədə olduğu kimi hotelçilikdə də təcrübəyə üstünlük verilməlidir".
M.Ağayev ali təhsil müəssisələrində tələbələrə tədris prosesini aparan müəllimlərin paralel olaraq hotel, mehmanxana biznesində fəaliyyət göstərməsinin tərəfdarı olduğunu vurğulayıb:
"Çox düzgün təklifdir ki, dərs deyən müəllimlərin özlərinin də ixtisasartırma kurslarına getməlidir. Bu yeni bir şey deyil. Həyat davam edir, bütün sahələrdə müəyyən dinamika ilə inkişaf gedir. Cürbəcür meyarlar yaranır. Hotel biznesi də dinamik sahədir və müəllimlər bu sahədə yaranan yeniliklərdən məlumatlı olmalıdır ki tələbələrə də bunu ötürsünlər. Müəllimlər ilk növbədə öz üzərində işləmək, karyerasını təkmilləşdirmək üçün bu sahədəki yeniliklərdən geri qalmamalıdırlar. Hər bir özünə hörmət edən müəllim öz üzərində işləməlidir və heç vaxt "mən hər şeyi bilirəm" deməməlidir".
Könül Cəfərli

Turizm       Tarix: 25 noyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib. Nazirlər Kabineti "Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası"nda dəyişiklik edib.  xəbər verir ki, Qaydaya əsasən, aviasiya təhlükəsizliy

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO. Sumqayıt şəhərinin Corat qəsəbəsində beş yüz illik tarixə şahidlik edən Hacı Məcid hamamına sahib çıxan yoxdur. . Belə ki, tarixi hama

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik. "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıql

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd


yeni xeberler azerbaycan xeberleri son xeberler dunya xeberleri son xeber az son xeberler bugun 2026 canli kriminal bugun