Müzəffər Ali Baş Komandanın qətiyyətli və prinsipial mövqeyi

Müzəffər Ali Baş Komandanın qətiyyətli və prinsipial mövqeyiVətən Müharibəsindən 3 il ötür. Bu zaman ərzində Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasəti davam etmişdir. Belə ki, üçtərəfli bəyanatın müddəaları təmin edilməmiş, Ermənistan silahlı qüvvələrinin birləşmələri ərazilərimizdən çıxarılmamışdır. Qarabağ iqtisadi rayonunda davamlı olaraq səngərlər qazılır, silahlar daşınır, fortifikasiya qurulur, istehsal ili yeni olan minalar basdırılır. Qanunsuz Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki silahlı birləşmələri, erməni diversiya qrupları tərəfində dinc əhaliyə və hərbiçilərimizə qarşı təxribat törədilir. 
Üçtərəfli Bəyanatın tələblərinin yerinə yetirilməsi, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, işğaldan azad edilmiş ərazilərimizə qayıdan dinc əhalinin, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Bundan bir gün sonra 20 sentyabr tarixində bu tədbirlərin dayandırılması barədə razılığın əldə olunması, separatçıların təslim olması qalib ölkəmizin böyük uğuru olaraq hər birimizi qürurlandırdı. Bu Zəfər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığını nümayiş etdirdi.
2023-cü il 20 sentyabr tarixində Azərbaycan xalqına tarixi müraciətində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev antiterror tədbirləri, onun zəruriliyi, səbəbləri və nəticələri barədə fikirlərini açıqlamış, bu xüsusda baş verən hadisələri müxtəlif aspektlərdən təhlil edərək yeni şəraitdə qarşıda duran məsələləri diqqətə çatdırmışdır. Bu müraciət, əslində, təkcə Azərbaycan vətəndaşlarına deyil, həm də Qarabağda yaşayan erməniəsilli sakinlərə ünvanlanan bir ismarıcdır. Diqqət yetirsək, aydın görə bilərik ki, ölkə rəhbərinin bəyanatında səslənən tezislər əsasən humanizm dəyərləri üzərinə köklənir. Belə ki, Qarabağın terrorlçulardan təmizlənməsi ilə bağlı tədbirlər mülki əhaliyə və mülki obyektlərə toxunmadan böyük peşəkarlıq və dəqiqliklə həyata keçirilmişdir. 
Əldə edilən razılığa əsasən Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Göründüyü kimi, Ermənistan və ona havadarlıq edən dövlətlər bir daha Azərbaycanın gücünün, qüdrətinin şahidinə çevrildilər. Bir günə təmin olunan qələbə Azərbaycan Ordusunun müstəqiliyimizə, suverenliyimizə yönələn hər bir təxribatın qarşısını qətiyyətlə almaq imkanında olduğunu sübut etdi. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev daim bu çağırışı edir ki, "dəmir yumruq" yerindədir. Ermənistanda revanşist qüvvələr baş qaldırdığı təqdirdə bunu unutmamalıdırlar. Üç ilə yaxın müddətdə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn müddəaların yerinə yetirilməsinə maraq göstərməyən, hələ də havadarlarının dəstəyi ilə 30 illik işğal dövrünün ab-havası ilə yaşayan Ermənistan unudur ki, artıq Azərbaycan o illərin Azərbaycanı deyil. Bu gün qalib ölkə olaraq reallıqları diktə edən və onun qəbulu istiqamətində səylərini günbəgün artıran Azərbaycandır!
Azərbaycan Ordusunun bir gün ərzində uğur hekayəsini yazması yüksək peşəkarlığın, zəngin təcrübənin, mükəmməl planın nəticəsidir. Azərbaycan növbəti tarixi Zəfəri ilə Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırdı. 30 illik işğal dövründə məsələnin sülh danışıqları əsasında nizamlanmasında maraqlı olan Azərbaycan bütün beynəlxalq təşkilatların malik olduğu potensialdan səmərəli istifadə etməyə, ədalətin, beynəlxalq hüququn tətbiqi şəraitində ərazi bütövlüyümüzün təmin olunmasına səy göstərdi. Ən yüksək tribunalardan bəyan edildi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Ən əsası Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutması dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin "Hücum!" əmrini yüksək əhval-ruhiyyə ilə qarşılayan Azərbaycan Silahlı Qüvvələri çox qısa zamanda, 44 gündə 30 ilin işğalına son qoydu. 
Beləliklə, Qarabağda lokal antiterror tədbirlərini uğurla başa çatdıran Azərbaycan ordunun gücünə və xalqın birliyinə güvənərək ərazi bütövlüyümüzün və dövlət müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində bütün lazımı tədbirləri ardıcıl olaraq həyata keçirdi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən çevik daxili və xarici siyasət, qətiyyətli diplomatik addımlar nəticəsində Azərbaycanın bütün ərazisində konstitusion quruluş bərpa olundu. Eyni zamanda, 30 ildən artıq müddət ərzində qondarma rejimin girovuna çevrilmiş Qarabağ erməniləri də qaranlıq taleyə aparan yoldan geri qayıtmaq üçün fürsət əldə etdilər. 
Azərbaycan sübut etdi ki, bütün xoş niyyətlər, o cümlədən sülh uğrunda mücadilə yolunda heç kim onun qarşısında dura bilməz. Bu isə əminlik yaradır ki, Cənubi Qafqazda siyasi sabitliyin və inkişafın əsas qarantı olan qüdrətli dövlətimiz bu istiqamətdə qarşısına qoyduğu bütün məqsədlərinə tezliklə və böyük uğurla nail olacaqdır.
Naftalan şəhər sakini Səbuhi Qasımov / azxeber.com

Siyasi       Tarix: 22 sentyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi kriminal axsam.az xeberler cəbhədən son məlumatlar