Naftalanda Şəhid ailələri ilə birgə Novruz tonqalı yandırılıb - FOTOLAR
Xalqımızın milli-mənəvi irsini, qədim ənənələrini və baharın gəlişini təcəssüm etdirən Novruz bayramı münasibəti ilə Naftalan ŞİH-nin başçısı, ŞPŞ-nin rəisi, YAP Naftalan şəhər təşkilatının, şəhər Ağsaqqallar Şurasının sədrləri, digər məsul əməkdaşlar şəhid ailələrini ziyarət edib, onlarla bayram süfrəsi arxasında əyləşib, bayram münasibəti ilə təbrik edib, birlik və həmrəyliyin rəmzi olan bayram tonqalını birgə alovlandırıblar.
azxeber.com xəbər verir ki, ziyarət zamanı millətimizin qəhrəmanlıq tarixindən bəhs edilib. Vətən müharibəsi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan böyük Zəfərdir deyə bildirilib. Bu qələbə, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı sayəsində əldə olunub. Dövlətimizin şəhid ailələrinə göstərdiyi xüsusi diqqət və qayğıdan danışılıb, onların əziz və dəyərli olduğu bir daha qeyd edilib. ŞİH tərəfindən ailələrə bayram sovqatları təqdim edilib.
Şəhid ailələri daim diqqət mərkəzində saxlanıldıqları üçün dövlət rəhbərinə minnətdarlıqlarını ifadə ediblər. Ənənə halını alan bu cür tədbirlərin şəhid ailələrinə olan diqqət və ehtiramın ifadəsi olduğunu qeyd ediblər.












Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi