Nailə İslamzadə: 'Üç qardaşımı xərçəng və qəza ucbatından itirmişəm' - VİDEO
İllərin sevilən diktoru, Əməkdar artist Nailə İslamzadə itirdiyi ailə üzvlərindən danışıb.
Azxeber.com xəbər verir ki, "Üzə-düz" proqramına qonaq olan aparıcı, qardaşlarının və atasının elə onun diktorluq edən vaxtlarda dünyasını dəyişdiyini bidirib. İslamzadə bu ağır xəbərləri eşitməsinə baxmayaraq yenə də işinə qayıtdığını deyib:
"Qardaşımın ölüm xəbərini çəkilişdən əvvəl eşitdim. Atam rəhmətə gedəndə də efirdə çalışdığım vaxtlar idi. Belə şeylər efirdə adama çox təsir edir, amma tamaşaçıya bunun aidiyyatı yoxdur, sənin başına nə gəlib? Biz özümüzü toplayıb, xəbəri çatdırmalıyıq. İşimizi görüb, əhval-ruhiyəmizi işimizə yansıtmamalıyıq.
Üç qardaşımı xərçəng və qəza ucbatından itirmişəm. Mən evdə uşaqların ən kiçiyi idim. Böyük qardaşım məndən 11 yaş böyük idi. Oğlanların içində böyümüşəm, onlar qışda tətilə gələndə, quş ovlamağa gedirdilər. Evimizin arxasında qoruq var idi. Məni də özləri ilə aparırdılar, anam deyirdi, imkan verin bu qız xanım kimi böyüsün.
Futbol oynayanda məni qapıya qoyurdular. Sonra böyüyürsən, çəhrayı eynəkləri çıxarırsan. Həyat insanı dəyişdirir, yaxşını, pisi görürsən. Mənim üçün həyat gözəl idi, həm də çox uzun müddət. İnsanları tanımırdım. Ondan sonra başladım tanımağa, indi yaxşı tanıyıram!".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?