"Nar" "Çoox Şanslı" lotereyasına start verdi
Sərfəli mobil operator "Nar" ilsonunda abunəçilərinə sevinc bəxş etmək üçün onları möhtəşəm hədiyyələrlə dolu "Çoox Şanslı" lotereyasına qoşulmağa dəvət edir. 31 dekabra qədər davam edəcək bu xüsusi lotereya çərçivəsində "Nar" istifadəçiləri hər gün "Xiaomi Redmi Note 14 Pro" smartfonu, hər həftə "Haval H6 Ultra" avtomobili və finalda isə "Li L9 Ultra" avtomobilini qazanmaq imkanı əldə edəcəklər.
Lotereyada iştirak etmək çox sadədir – sadəcə balansınızı artırın və ya şans qazandıran "Dəqiqə+" paketlərindən birini aktivləşdirin. Hər balans artımı və ya əlavə şans qazandıran "Dəqiqə+" paketi sizə daha çox qalib olmaq şansı gətirəcək. 1 AZN-dən yuxarı artırılan balans avtomatik olaraq lotereyada iştirak hüququ verir: 1–3.99 AZN arası artırmalarda hər 1 AZN = 1 şans, 4 AZN və daha çox artırmalarda isə hər 1 AZN = 2 şans deməkdir.
Abunəçilər topladıqları şansların sayını və iştirak statuslarını "Nar+" tətbiqi və nar.az veb səhifəsindəki xüsusi lotereya bölməsindən rahatlıqla izləyə bilər.
Qeyd edək ki, "Çoox Şanslı" lotereyasının qalibləri təsadüfi seçimlə müəyyən ediləcək və hədiyyələr canlı yayımda elan olunacaq.
Daha ətraflı məlumat üçün: nar.az/lotereya
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən "Nar" son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında "Nar"ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir. / azxeber.com

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır