"Nar" "Çoox Şanslı" lotereyasının ilk qaliblərini elan etdi
Sərfəli mobil operator "Nar" ilsonunda abunəçilərinə sevinc bəxş edən "Çoox Şanslı" lotereyasının ilk qaliblərini elan edib. "Nar" abunəçiləri – Sadiq Sadıqov və Hikmət Hümbətov hər gün oynanılan lotereyada qalib gələrək "Xiaomi Redmi Note 14 Pro" smartfonunun sahibi olublar.
azxeber.com xəbər verir ki, qaliblərin adları təsadüfi seçim əsasında müəyyən edilib və nəticələr canlı yayımda elan olunub. Bu lotereyada ilin sonuna qədər "Nar" abunəçiləri hər gün "Xiaomi Redmi Note 14 Pro" smartfonu, hər həftə "Haval H6 Ultra" avtomobili və finalda "Li L9 Ultra" avtomobili kimi möhtəşəm hədiyyələr qazana bilər.
Xatırladaq ki, "Çoox Şanslı" lotereyasında iştirak etmək üçün "Nar" abunəçiləri sadəcə balanslarını artıra və şans qazandıran "Şanslı" paketlərindən birini aktivləşdirə bilər. Belə ki, 1 AZN-lik "Şanslı" paketinə daxil olan 3 şans və 15 şəbəkədaxili danışıq dəqiqəsini *71#YES;2 AZN-lik "Şanslı" paketinə daxil olan 7 şans və 35 şəbəkədaxili danışıq dəqiqəsini *72#YES; 3 AZN-lik "Şanslı" paketinə daxil olan 12 şans və 55 şəbəkədaxili danışıq dəqiqəsini isə *73#YES nömrəsini yığaraq aktivləşdirmək mümkündür. Hər balans artımı və ya paket aktivləşdirməsi abunəçiyə əlavə şans qazandırır və qalib olmaq ehtimalını artırır.
Abunəçilər topladıqları şansların sayını və iştirak statuslarını "Nar+" tətbiqi və nar.az veb səhifəsindəki xüsusi lotereya bölməsindən rahatlıqla izləyə bilərlər.
Daha ətraflı məlumat üçün: lotereya.nar.az/
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən "Nar" son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında "Nar"ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.


Turlar.az [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır