"Nar" nüfuzlu beynəlxalq mükafata layiq görüldü
"Nar" "Stevie® Awards" beynəlxalq biznes mükafatına layiq görülüb.
Mobil operator bu il müştəri məmnuniyyəti nominasiyası üzrə "Stevie®" mükafatına layiq görülən yeganə Azərbaycan şirkəti oldu. "Nar"ın son üç il ərzində Müştəri Loyallığı İndeksi üzrə (Net Promoter Score) Azərbaycan mobil rabitə bazarındakı liderliyi və eləcə də, çoxfunksiyalı "Nar+" tətbiqi mükafatın münsifləri tərəfindən xüsusi vurğulanıb.
Qeyd edək ki, "Stevie® Awards" 2002-ci ildə ABŞ-da təsis olunub, məqsədi dünya üzrə biznes sahəsində fəaliyyət göstərən şirkətlərin və şəxslərin nailiyyətlərini mükafatlandırmaq və müsbət örnək kimi tanıtmaqdır.
2019, 2020 və 2021-ci illərdə keçirilən müstəqil araşdırmalar nəticəsində ardıcıl olaraq müştərilərin yüksək loyallığını qazanan "Nar" Azərbaycanda müştəriyönümlü biznes siyasəti, sərfəli qiymətləri ilə tanınır.
"Nar" hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"