"Nar" ölkədə jest dilinin inkişafına töhfə verməyə davam edir

Ünsiyyəti hər kəs üçün daha əlçatan etməyi hədəfləyən "Nar", BMT tərəfindən qəbul olunmuş 23 Sentyabr Beynəlxalq Jest Dili gününə öz dəstəyini ifadə edir. Belə ki, eşitmə və nitq məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasının önəmini dərk edərək mobil operator KSM strategiyası çərçivəsində bu istiqamət üzrə mühüm sosial əhəmiyyətə malik layihələr həyata keçirir.
"Regional İnkişaf" İctimai Birliyinin "Sosial layihələr" müsabiqəsinin qalibi olan "Doğma jest dili" lüğətinin ölkədə ilk dəfə elektron versiyası – jestdili.az saytı "Nar"ın da dəstəyi ilə ərsəyə gətirilib. Bu elektron lüğət artıq bir ildir ki, Azərbaycanda eşitmə məhdudiyyətli insanların vahid jest dili lüğəti kimi istifadə olunur. 3000-ə qədər söz və söz birləşməsinin izahedici mətnləri, 2000-dən çox jestin şəkilləri və videoları yerləşdirilən sayt eşitmə və nitq məhdudiyyətli şəxslər və onların yaxınları, həmçinin bu qrup insanlarla işləyənlər üçün  böyük əhəmiyyət kəsb edir. Elektron lüğət Azərbaycan və rus dillərindədir, hər kəs üçün açıqdır və mobil cihazlar üçün də uyğunlaşdırılıb. Layihə haqqında ətraflı məlumatı hazırladığımız videoçarxdan izləyə bilərsiniz.
Bundan başqa, mobil operator 2016-cı ildən bölgələrdə və paytaxtda eşitmə məhdudiyyətli insanların əmək yararlılığına və cəmiyyətə inteqrasiyasına dəstək üçün "Təlim Məktəbi" layihəsini həyata keçirir. Davamlı layihələrdən olan "Təlim Məktəbi" sayəsində eşitmə və nitq məhdudiyyəti olan insanlar müxtəlif peşələr üzrə praktiki təlimlərdən keçir və onların uyğun iş yerləri ilə təmin olunmasına dəstək göstərilir. Ümumilikdə, təlimlərdən bu günə qədər 100-dən çox insan faydalanıb. 
"Nar"ın eşitmə və nitq məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası üçün sosial layihələri həm də BMT Qlobal sazişinin bir üzvü olaraq dayanıqlı inkişaf məqsədlərinə olan öhdəliyinə sadiqliyinin ifadəsidir.
"Nar" hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar" son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir. / azxeber.com

İqtisadiyyat       Tarix: 23 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə


son xeberler yeni xeberler azerbaycan xeberleri son xabarlar cəbhədən son xəbər cəbhədən şad xəbər xeber az