"Nar" uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir
Sərfəli mobil operator Nar-ın dəstəyi ilə həyata keçirilən "Hüquqlarınlaparla!" layihəsinin yekun tədbirləri baş tutub. Layihə uşaq hüquqlarının təşviqi,məktəblilərin hüquqi biliklərinin artırılması və onların analitik düşünməbacarıqlarının inkişaf etdirilməsi məqsədini daşıyır. Təşəbbüs çərçivəsində təşkiledilən fəaliyyətlərdə Bakı və regionlardan olan məktəblilər, o cümlədən həssas kateqoriyadan olan uşaqlar aktiv iştirak ediblər.
Tədbirin ilk günü "Regional İnkişaf" İctimai Birliyinin ofisində ekspertləriniştirakı ilə keys müzakirələri keçirilib, iştirakçılar real və simulyativsituasiyalar üzrə həll strategiyalarını təqdim ediblər. Təqdimatlardan sonra səsverməolub və analitik yanaşma, təklif olunan həll strategiyalarının əsaslandırılması,təqdimat bacarıqları və komanda işi meyarları əsasında ekspertlər tərəfindən ənyaxşı 3 komanda müəyyən edilib. Yekun mərasim isə T. İsmayılov adına 6 saylı məktəb-liseyindəbaş tutub.Tədbirin davamında təlimlərdə yüksək nəticə göstərən məktəblilər, eləcədə həssas kateqoriyadan olan uşaqlar üçün keçirilən keys müsabiqəsində ekspertlərinsəsverməsi ilə seçilən qalib komandalar hədiyyə və diplomlarla, iştirak edən məktəblilərisə sertifikatlarla təltif olunub.
Layihə çərçivəsində indiyədək 2000-dən çox məktəbli, o cümlədən həssaskateqoriyadan olan uşaqlar hüquqi maarifləndirmə tədbirlərinə cəlb olunub.Layihənin nəticəsi olaraq, uşaqlar üçün hüquqi maarifləndirməni daha əlçatanetmək məqsədilə xüsusi mobil tətbiqin hazırlanmasına başlanılıb.
Layihə Azərbaycan Respublikasının Milli Məclisi, İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlərNazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsi, Sosial Xidmətlər Agentliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə vəİslahatlar Mərkəzi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və"Regional İnkişaf" İctimai Birliyinin əməkdaşlığı ilə icra olunub.
Qeyd edək ki, "Nar" artıq 4 ildir ki, "Regional İnkişaf" İctimai Birliyi ilə tərəfdaşlıq çərçivəsindəlayihəyə davamlı dəstək göstərir. Mobil operator korporativ sosial məsuliyyətstrategiyası çərçivəsində uşaq hüquqlarının qorunması, rəqəmsal savadlılığınartırılması və internet təhlükəsizliyinin təşviqini prioritet istiqamətlərdənbiri hesab edir. Şirkət kiberbullinqə qarşı mübarizə, şəxsi məlumatlarınqorunması və uşaqların təhlükəsiz rəqəmsal mühitdə inkişafına yönəlmiş təşəbbüslərəsistemli və uzunmüddətli yanaşma sərgiləyir. "Hüquqlarınla parla!" layihəsi dəbu strategiyanın tərkib hissəsi olaraq ictimai-özəl tərəfdaşlığın effektivmodelini nümayiş etdirir.
"son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycandalider mobil operatordur. Bu uğurun arxasında "Nar"ın ardıcıl şəkildə həyatakeçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəliqiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.



/ azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu