"Nar" yenilənmiş satış və xidmət mərkəzini təqdim etdi

"Nar" Memar Əcəmi metrostansiyası yaxınlığındakı, M.Cəfərov 3005 ünvanında yerləşən ən böyük satış və xidmət mərkəzini tamamilə yeni konsepsiyada müştərilərin ixtiyarına verib.
Mərkəzdə müştəri xidməti və satış vahid məkanda təqdim edilir. Mağazada ziyarətçilərə nömrələrin satışı, bərpası, eyni zamanda dublikatının çıxarılması da daxil olmaqla, müxtəlif növ xidmətlər göstərilir. Həmçinin mobil telefonların, cihazların və aksesuarların satışı da həyata keçirilir.
"Azerfon"un Baş İcraçı direktoru Qunnar Pankenin sözlərinə görə, şirkət müştəriyönümlü strategiyasının bir hissəsi kimi, həm Bakı, həm də bölgələrdəki bütün satış və xidmət mərkəzlərini yeniləməyi hədəfləyib:
"Paytaxt və regionlar üzrə 40 "Nar" mağazasını tamamilə yeni konsepsiyada müştərilərimizin ixtiyarına vermişik. Müştərilərimizə ölkə ərazisində harada olmasından asılı olmayaraq, istənilən "Nar" mağazasında eyni mənzərə, eyni proses və sorğuların eyni şəkildə cavablandırılması təcrübəsi bəxş edirik. Müştərilərimizə daha yaxın olmaqla, məlumat və xidmətlərin daha rahat əldə edilməsini təmin edirik. Yenilənmiş satış və xidmət mərkəzlərimizdə müştərilərimizə ən qabaqcıl alış-veriş və üstün xidmət təcrübəsi göstəririk".
Qeyd edək ki, "Nar" müştəri yönümlülük dəyərlərinə sadiq qalaraq, bütün ölkə boyu eksklüziv diler və xidmət mərkəzlərini yeni konseptdə təqdim etməkdədir. Daha 27 "Nar" mağazanın təmir olunması planlaşdırılır.
Sizə yaxın olan satış və xidmət mərkəzlərinin ünvanları haqqında ətraflı məlumatı www.nar.az/map internet səhifəsindən öyrənə bilərsiniz.

İqtisadiyyat       Tarix: 14 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy


yeni xeberler azerbaycan xeberleri son xeberler hava proqnozu sonxeber.az cəbhədən son dəqiqə son xəbərlər bugün 2026