"Nar"ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

"Nar"ın "Karlara Dəstək" İctimai Birliyi ilə birgə ərsəyə gətirdiyi "Jestdili.az" platformasının növbəti inkişaf mərhələsinə start verilib. Azərbaycanın ilk elektron jest dili lüğəti olan sayt nitq və eşitmə məhdudiyyətli şəxslərin, eləcə də onların ailə üzvləri və yaxınlarının Azərbaycan jest dilini onlayn şəkildə istənilən yerdə və vaxtda tamamilə pulsuz öyrənməsinə imkan yaradır.
 Layihənin yeni mərhələsi çərçivəsində platformaya rus və ingilis dili dəstəyinin əlavə olunması planlaşdırılır. Eyni zamanda ən çox istifadə olunan 100 sözün yerli və beynəlxalq işarət dilində versiyalarının hazırlanaraq beynəlxalq işarət dili bölməsinin yaradılması nəzərdə tutulur. Bununla yanaşı, Azərbaycan işarət dili ilə beynəlxalq işarət dilinin müqayisəsini təmin edən interaktiv modulun hazırlanması, tədris resurslarının genişləndirilməsi, eləcə də texniki xidmət və server infrastrukturunun təkmilləşdirilməsi planlaşdırılır. Qeyd edək ki, hazırda platformada 4000 sözün video tərcüməsi və gündəlik həyatda istifadə edilən 500 cümlə nümunəsi təqdim olunur.
Platformanın yenilənməsi inklüziv cəmiyyət quruculuğuna mühüm töhfə verir. Layihə eşitmə və nitq məhdudiyyətli şəxslərin sosial inteqrasiyasını gücləndirir, onların təhsil və informasiya resurslarına çıxış imkanlarını genişləndirir, eyni zamanda cəmiyyət daxilində ünsiyyət baryerlərinin aradan qaldırılmasına xidmət edir.
Qeyd edək ki, "jestdili.az" layihəsi ən uğurlu sosial təşəbbüs kimi Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası tərəfindən Golden World Award mükafatına layiq görülüb. "Nar"ın həyata keçirdiyi bütün sosial layihələr haqqında ətraflı məlumatı xəbərlər səhifəsindən əldə etmək olar. 
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən "Nar" son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında "Nar"ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir. / azxeber.com

İqtisadiyyat       Tarix: 16 fevral 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda qaz ödənişləri ilə bağlı - Yenilik

İstifadə olunan təbii qazın dəyərinin ödənilməsi ilə bağlı yenilik tətbiq olunacaq. -a istinadla xəbər verir ki, bundan sonra ödənişləri POS-terminallar vasitəsilə etmək mümkün olacaq. Belə ki, istifadə olunan qazın dəyər

Qarabağda yeni ünvan: Xankəndidə ilk "Kontakt" açıldı

Qarabağda gündəlik həyatırahatlaşdıracaq yeni ünvan qapılarını açdı. Ölkənin aparıcı pərakəndə satış şəbəkəsi"Kontakt"ın Qarabağdakı ilk fiziki mağazası Xankəndidə fəaliyyətə başladı. Şəhərin mərkəzində fəaliyyət

Quba Palace Hotel-də möhtəşəm Hindistan toyu: Hər kəs bundan danışır

Quba Palace Hotel-də keçirilən Hindistan–Azərbaycan toyu üç gün ərzində təkcə iştirakçıların deyil, bütün ölkənin diqqət mərkəzində oldu. Müxtəlif media orqanlarında işıqlandırılan, sosial şəbəkələrdə isə geniş maraqla qarşılana

Bank Respublika və EFSE arasında imzalanan yeni saziş biznes üçün yeni imkanlar yaradacaq

Azərbaycanın aparıcı banklarından biri olan, ölkənin real sektorunun inkişafını fəal şəkildə dəstəkləyən Bank Respublika ilə Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) arasında yeni iri kredit sazişi imzalanıb. Sazişə əsasən

Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir

Şirkət data və süni intellekt platformaları üzrə dünya liderlərindən biri olan "Starburst" ilə əməkdaşlıq edir. Uzunmüddətli rəqəmsal transformasiya strategiyasını ardıcıl şəkildə həyata keçirən "Azercell Telecom"

Quba Palace Hotel-də Hindistan toyu - iki mədəniyyət, bir sevgi hekayəsi - FOTOLAR

Quba Palace Hotel bu günlərdə fərqli mədəniyyətləri bir araya gətirən möhtəşəm beynəlxalq toy mərasiminə ev sahibliyi edir. Üç gün davam edən tədbirdə bəy Hindistandan, gəlin isə Azərbaycandandır. Hindistanın rəngarəng to

Bank of Baku və Mastercard-dan rəqəmsallaşma sahəsində mühüm addım

Bank of Baku və Mastercard süni intellekt və qabaqcıl analitika vasitəsilə problemli kreditlərin ödənişlərinin yığımı strategiyalarını yenidən formalaşdırmaq üçün strateji tərəfdaşlığa başladıqlarını elan ediblər. xəbər veri

Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı

"Azercell Telekom" MMC dünyanın aparıcı kibertəhlükəsizlik təşkilatlarından biri olan "FIRST"ə (Forum of Incident Response and Security Teams) rəsmi üzv qəbul edilib. . Bununla da Azercell, "FIRST"ü

Bank Respublika "Azərbaycanın ən yaxşı KOS bankı" mükafatına layiq görüldü

Azərbaycanın aparıcı banklarından biri olan Bank Respublika nüfuzlu beynəlxalq maliyyə nəşri "Euromoney" tərəfindən "Azərbaycanınən yaxşı kiçik və orta sahibkarlıq bankı" adına layiq görülüb. xəbər veri


yeni xeberler azerbaycan xeberleri son xeberler ən son xeberler cəbhədən canlı xeberler bu gun maraqlı xəbərlər