Nataliya Belous: "Vladimir Zelenski SOCAR-ın Ukraynadakı fəaliyyətini alqışlayır
Nataliya Belous: "Vladimir Zelenski SOCAR-ın Ukraynadakı fəaliyyətini alqışlayır"
"Mən Ukraynanın Türk Şurasına (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası - red.) müşahidəçi ölkə qismində üzv olması daxil olmaqla, Ukrayna ilə türk dövlətləri arasında daha sıx əməkdaşlığı istisna etmirəm. Macarıstan, yeri gəlmişkən, artıq belə bir status alıb. Ukraynada türkdilli əhali var, buna görə, belə bir addım məntiqli olardı".
Bu barədə Media.Az-a müsahibəsində ukraynalı politoloq Nataliya Belous deyib. Ekspert məşhur Ukrayna və Krım tatar siyasətçisi Əminə Caparovanın Ukraynanın Xarici İşlər Nazirinin Birinci müavini vəzifəsinə təyin edilməsini şərh edib.
Nataliya Belousun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski həm Ukraynada, həm də xaricdə nüfuzunu gücləndirməyə çalışır: "Məhz buna görə, o, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini Ukrayna İslahatlar Milli Şurasının İcraiyyə Komitəsinin sədri təyin etdi. İndi Ukrayna Xarici İşlər Nazirinin birinci müavini Əminə Caparovadır. Beləliklə, Ukrayna prezidenti Kiyevin Ukraynada yaşayan bütün xalqların nümayəndələrinə qarşı tolerant münasibətini göstərmiş oldu".
"Xatırladaq ki, Vladimir Zelenski SOCAR şirkətinin Ukraynadakı fəaliyyətini alqışlayır. Beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, xarici şirkətlərin cəlb edilməsi, ölkəmizə xarici sərmayələrin qoyulması həmişə müsbət haldır. Əminə Caparovaya gəldikdə isə, qeyd etmək istəyirəm ki, Krım əsilli bir şəxs kimi o, Ukraynanın Xarici İşlər Nazirliyi səviyyəsində müharibənin qurbanı olan ölkələrə dəstək qrupu yaratmaq, GUAM çərçivəsində beynəlxalq əməkdaşlığı genişləndirmək imkanı əldə edəcək.
Bu ölkələrin hər birinin yeni formada qəbul edilməli olduğunu dünyaya göstərmək lazımdır. Ukrayna Azərbaycan və digər türk ölkələri ilə daha çox mədəni və biznes layihələri yaratmalıdır. Ukraynanın coğrafi baxımdan Avropanın mərkəzində yerləşməsi səbəbindən yaxın illərdə dünyanın bir çox ölkəsi ilə, xüsusən də postsovet məkanında sıx əlaqələri bərpa etmək imkanımız var. Əvvəlki hakimiyyət kimi diqqəti yalnız ABŞ və Qərbi Avropaya yönəltməmək lazımdır", - deyə, Nataliya Belous yekunlaşdırıb. /oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Motosikletlə skuter toqquşdu - Xəsarət alanlar var