Natiq Cəfərli: "Gürcüstanda baş verənlərin region üçün təhlükələri var"
"Gürcüstanda baş verənlər birmənalı deyil, hətta region üçün təhlükələr də var, çünki regionda qeyri-sabit Gürcüstan Rusiya üçün asan loxmaya dönə bilər".
KONKRET.az-ın xəbər verir ki, bu fikirləri ekspert Natiq Cəfərli facebook səhifəsində yazıb.
O bildirib ki, etiraza səbəb olan "inoagent" haqqında qanun ABŞ-da qəbul edilmiş qanunla birə-bir eynidir.
"Amma bu o demək deyil ki, qanun normal qanundur, ABŞ-da çox güclü məhkəmə hakimiyyəti, ştatların öz qanunları var, yəni, ABŞ-da işləyən qanun zəif institutları olan ölkədə normal işləməsi mümkün deyil. Onsuz da Kreml də "inoaqent" haqqında absurd qanunu qəbul edəndə ağıllı sifət alıb ABŞ-a istinad edirdi. Tiflisdəki məlumatlı siyasi, ictimai çevrələrdə olan tanışlarımdan öyrəndiyim odur ki, indiki hökumət bu qanunu daha çox Rusiya təsirinə görə qəbul etdiyini iddia edir – Kreml "yumşaq gücdən" ən çox Tiflisdə istifadə edir, orada böyük biznes layihələri, banklar, maliyyələşdirdiyi siyasi partiyalar, KİV, QHT-lər var. Amma hökumət bunu izah edə bilmir, çünki inandırıcı hekayəsi zəifdir№, deyə Natiq Cəfərli əlavə edib.
O qeyd edib ki, İvanişvilinin Rusiyadan asılılığı fikri cəmiyyətdə çox geniş yayılıb və xalqın bir qismi, əsas da gənclər indiki hökuməti sevmirlər, amma elə həmin gənclər, yeni nəsil Saakaşvilini də qəbul etmir:
"Gürcüstanın bu günü və gələcəyi Azərbaycanla çox bağlıdır, bir-birimizdən çox asılıyıq, bir-birimizi tamamlayırıq, Gürcüstan Azərbaycanın iqtisadi uzantısı, bizim Qərbə açılan qapımız, Azərbaycan isə Gürcüstanın enerji və maliyyə mənbəyidir. Qonşu ölkədə siyasi sabit (yəni, xalqın böyük əksəriyyətinin qəbul etdiyi), demokratik bir sistemin bərqərar olması, institutlaşması bizim üçün də çox vacibdir. Bizdə bəzilərinə məsləhətim odur ki, hər bir hadisəyə daha dərindən baxmağı öyrənsinlər, bölgəmizə gələcək təsirlərini analiz etməyə çalışsınlar…", – N.Cəfərli qeyd edib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir