Natiq Cəfərli niyə ÜDM-i hesablaya bilmir?

Natiq Cəfərli niyə ÜDM-i hesablaya bilmir?REAL partiyasının katibi, iqtisadçı Natiq Cəfərli Azərbaycanın sosial-iqtisadi inkişaf göstəricilərini şübhə altına alan ittihahemidici açıqlama ilə çıxış edib. O, öz fb səhifəsində iddia edir ki, 2022-ci ilin ötən 4 ayı ərzində iqtisadi inkişaf göstəricilərinə görə, Azərbaycan Cənubi Qafqaz ölkələri arasında geridə qalıb, region ölkələri ilə müqayisədə orta aylıq əmək haqqının səviyyəsinə görə, Azərbaycan ən aşağı yerdə qərarlaşır. Sitat:"2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda ÜDM (ümum daxili məhsul) 7,2% artıb – ilk baxışdan çox yaxşı göstəricidir. Səbəblərini araşdıranda görürsən ki, yenə əlahəzrət neft-qaza görə belə bir artım baş verib. Neftin, qazın qiyməti dünyada kəskin bahalaşıb deyə, ölkəmizin makroiqtisadi göstəriciləri də yaxşılaşıb".
Faktyoxla Lab. N. Cəfərlinin iddiasını araşdırıb. Həqiqətənmi Azərbaycan iqtisadiyyatında artımın əsas mənbəyi neft-qaz sektorudur?
İqtisadi inkişafın mənzərəsini təsvir edən faktlara, statistikaya diqqət etsək görərik ki, 2022-ci ilin yanvar-aprel aylarında ölkəmizdə 39 milyard 554,8 milyon manat həcmində (2021-ci ilin ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz çox) ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyəri 0,2 faiz, qeyri neft-qaz sektorunda isə 11,4 faiz artıb. Yəni, ÜDM-in artımında qeyri-neft sektorunun artım dinamikası neft sektorunu 55 dəfədən çox üstələyib.
ÜDM-in tərkibində sənayenin payı 54,8 faiz təşkil edib, yəni 39,5 milyard əlavə dəyərin 22 milyardı birbaşa sənaye sektorunun payına düşür, onun da böyük hissəsi qeyri-neft sənaye məhsullarıdır. ÜDM-də ticarət, kənd təsərrüfatı, rabitə və nəqliyyat, turizm və digər sahələrin payı da artıb. Yalnız, neft və qaz sektorunun payı azalıb. (Mənbə). Hazırda ÜDM-də neft sektorunun payı təxminən 30-33 faizə, qeyri-neftin payı isə 67-70 faizə bərabərdir. 2022-ci ilin sonunda qeyri-neftin payının tamamilə 70 faiz təşkil edəcəyi proqnozlaşdırılır. 
Natiq Cəfərli niyə ÜDM-i hesablaya bilmir?İqtisadi statistika onu təsdiqləyir ki, 2022-ci ilin 4 ayında istehsal edilmiş 39, 5 milyard manat həcmində ÜDM-in 67-68 faizini qeyri-neft sektoru malları təşkil edib. Bu isə manatla ifadədə 27,5 milyard manat məhsul deməkdir. Daha da sadələşdirək, yəni 39,5 milyard həcmində ÜDM-in tərkibində qeyri-neft məhsulları 27,5 milyard manata, neft məhsulları isə cəmi 12 milyard manata bərabərdir.
Beləliklə, 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda iqtisadi inkişafın əsas lokomotivi qeyri-neft sektoru olub və 7,2 faiz iqtisadi artımın yaratdığı əlavə dəyərin 70 faizə yaxını birbaşa bu sahədə istehsal olunub.
Göründüyü kimi, N.Cəfərlinin 2022-ci ilin ötən 4 ayında Azərbaycan iqtisadiyyatının inkişafının neft-qaza söykənməsi barədə iddiası həqiqəti əks etdirmir.
Natiq Cəfərlinin digər iddiası orta aylıq əməkhaqqının artım tempinə və inflyasiya göstəricisinə görə, Azərbaycanın qonşu dövlətlərdən daha pis vəziyyətdə olması ilə bağlıdır. Sitat: "Bu ilin əvvəlinə olan rəsmi məlumatlara görə orta aylıq maaş Azərbaycanda 475 dollar, Gürcüstanda 488 dollar, Ermənistanda isə 521 dollar təşkil edib. Bu ilin mart ayının sonuna rəsmi inflyasiya isə Azərbaycanda 12,2%, Gürcüstanda 11,8%, Ermənistanda isə 7,4% olub – bizdə həm orta aylıq maaş azdır, həm də inflyasiya yüksəkdir".
N. Cəfərlinin bu fikirlərinə də aydınlıq gətirək.
2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,4 faiz artaraq 809 manat təşkil edib. Bu, ABŞ dolları ekvivalenti ilə 475,8 dollar deməkdir. 
Ermənistanda isə mayın 1-ə olan rəqəmə əsasən, bu göstərici N.Cəfərlinin idia etdiyi kimi 521 dolar yox, 29,3 min rubl və yaxud 397 dollar təşkil edib. Həmçinin, Gürcüstanda 2022-ci ilin hazırkı dövr üzrə orta aylıq əməkhaqqı göstəricisi 488 dollar yox, 465 dollar olub.
Göründüyü kimi Azərbaycanda orta aylıq əməkhaqqının dollar ifadəsində məbləği Gürcüstan və Ermənistandan daha yüksəkdir.
Onu da nəzərə almaq lazımdır ki, dünya iqtisadi praktikasında orta aylıq əməkhaqqının nominal dəyəri onun alıcılıq paritetinə əsaslanır və hər bir ölkənin milli valyutasının sabit məzənnəsi də alıcılıq paritetini müəyyən edir. Həmin paritetə əsasən, Azərbaycanda bu rəqəm (Dünya Bankının 2018-ci il üçün təqdim etdiyi statistika məlumatlarına əsasən) 0,42 manatdır. Yəni, ABŞ-da 1 dollara alınan məhsulu Azərbaycanda 0.42 manata (0.25 ABŞ dolları) almaq mümkündür. (Mənbə) Bu nöqteyi-nəzərdən alıcılıq qabiliyyəti paritetinə əsasən "beynəlxalq dollar" göstəricisi ilə digər ölkələrin daxili bazarındakı mal və xidmətlərini müqayisə etdikdə aradakı fərqləri də görmək mümkündür. Azərbaycan manatının real effektiv məzənnəsi 2022-ci il yanvarın 1-ə olan dövrdə yüksələrək 113.6 bəndə çatıb. Yəni, manatın real effektiv məzənnəsi fonunda alıcılıq qabiliyyəti pariteti üzrə Azərbaycan region ölkələri arasında, eləcə də MDB-də ən yaxşı sosial göstəriciyə malikdir.
İnflyasiya göstəricisinə gəlincə, Cəfərlinin bu müqayisəsi də əsassızdır. Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, 2022-ci ilin aprel ayında Gürcüstanda inflyasiya 13% təşkil edib. Yəni, Azərbaycandan daha yüksək olub.  
Ermənistanda isə istehlak qiymətləri indeksi 2021-ci ilin aprel ayı ilə müqayisədə 8,4%, ay ərzində isə 2,3% artıb. Ərzaq məhsullarının və alkoqolsuz içkilərin qiymətləri 14,3 faiz, ay ərzində isə 4 faiz bahalaşıb. Yəni, ərzaq inflyasiyası 14 faizi ötüb. (Mənbə) Azərbaycanda inflyasiya aprel ayında mart ayı ilə müqayisədə 1 faiz təşkil edib. 2022-ci ilin yanvar-aprel aylarında isə istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-aprel aylarına nisbətən 12,4 faiz artıb.
Yeri gəlmişkən, 2022-ci ilin aprel ayında bütün dünya ölkələrində ərzaq qiymətləri indeksi yüksəlib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, qlobal Ərzaq Qiymətləri İndeksi 2022-ci ilin aprel ayında orta hesabla 158,5 bənd təşkil edib. Son bir ayda dünya bazarlarında kərə yağının qiymətləri ən çox bahalaşıb. Ət və ət məhsullarının qiyməti apreldə əvvəlki ayla müqayisədə 2,2% artaraq yeni rekorda imza atıb. Süd və süd məhsullarının qiymətləri 0,9% artıb. Əsas istehlak mallarından düyü, ət, süd və şəkərin qiymətləri hələ də artmaqda davam edir. Ümumilikdə, ərzaq səbətinə daxil olan malların beynəlxalq qiymətləri 2021-ci ilin aprel ayı ilə müqayisədə 29,8% yüksəlib. (Mənbə)
Natiq Cəfərli niyə ÜDM-i hesablaya bilmir?Avropa İttifaqı regionunda əksər ölkələrdə istehlak qiyməti indeksi ikirəqəmli həddə çataraq 11-13 faiz təşkil edibdir. Aİ-nin əsas qida və ərzaq deposu hesab edilən Fransa, Almaniya, Danimarka, İspaniya, İtaliyada inflyasiya 8 faizi ötməsə də, ərzaq malllarının idxalında payı yüksək olan digər Aİ ölkələrindən Polşa, Latviya, Çexiya, Litva, Bolqarıstan, Rumıniya, Estoniyada inflyasiya 12-16 faiz təşkil edib. (Mənbə)
Nəticə: REAL partiyasının katibi, iqtisadçı Natiq Cəfərlinin
– 2022-ci ilin ötən 4 ayında Azərbaycan iqtisadiyyatının inkişafının neft-qaza söykənməsi barədə iddiası həqiqəti əks etdirmir;
– Orta aylıq əməkhaqqının artım tempinə və inflyasiya göstəricisinə görə, Azərbaycanın qonşu dövlətlərdən daha pis vəziyyətdə olması ilə bağlı fikri tamamilə yanlışdır.
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə /konkret.az

Sosial       Tarix: 20 may 2022
f Paylaş

Oxşar xəbərlər

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son xeber bugun metbuat xeberleri kriminal en son xeberleri