NATO ölkəsinin KTMT üzvü olan dövlətə HƏRBİ YARDIMI - Fransanın BAŞI BƏLADA

NATO ölkəsinin KTMT üzvü olan dövlətə HƏRBİ YARDIMI - Fransanın BAŞI BƏLADA</p> 
 <p>"Müdafiə naziri Fransada səfərdədir və Parisdə hərbi əməkdaşlıq haqqında müzakirələrdə iştirak edəcək. Eyni zamanda, Ermənistana silah satmaqla bağlı müqavilə də imzalanacaq". Bunu Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Andranik Köçəryan jurnalistlərlə söhbətində deyib. Əlavə edib ki, "44 günlük müharibədən sonra anladıq ki, biz ciddi işlər görməliyik. Ölkəmizin təhlükəsizliyi ilə  bağlı həll yolları tapılmalıdır".
"Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda müharibə riskini artıran Fransa regionda sülhü təhdid altına alır".
Bunu isə KONKRET.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov deyib: "Fransanın Ermənistana silah satması regionda ciddi təhdid yaradacaq amillərdən biridir. Fransanın bu addımı təbii ki, nə əxlaqa, nə hüquqa, nə qanuna, nə də dövlətlərarası münasibətlərə uyğun gəlir. Fransa bu addımı ilə açıq şəkildə Cənubi Qafqaz regionunda sülhü istəmədiyini bir dəha bəyan edir. Ermənistana dəstək, ermənilərlə birləşərək Azərbaycana qarşı BMT TŞ-də qətnamə qəbul edilməsinə cəhd, Avropa Parlamentində qətnamələrin qəbul edilməsi, Frankafone təşkilatında, Fransa parlamentində və bir sıra platformalarda Azərbaycana qarşı qərəzli mövqe sərgiləməsi, əslində, Fransanın anti-Azərbaycan mövqeyindən xəbər verir. Amma silahlandırma artıq Fransanın Ermənistana verə biləcəyi ən son dəstəkdir. Baxmayaraq ki, onun bu silahlandırma ilə bağlı atdığı addımlar beynəlxalq hüquqa ziddir. Bu, Fransanın həm Avropa İttifaqı, həm də NATO-dakı üzvlüyü ilə daban-dabana zidd olan addımdır. Çünki Ermənistan KTMT-nin üzvüdür. KTMT NATO-ya qarşı yaradılan bir təşkilatdır, NATO üzvü olan bir dövlətin həmin hərbi bloka düşmənçilk edən KTMT üzvünə silah satması NATO-nun maraqlarına ziddir. Bu, əslində NATO-da müzakirə edilməli məqamdır və düşünürəm ki, NATO-nun aparıcı üzv dövlətlərindən olan Türkiyə bu məsələni təşkilat qarşısında qaldıracaq. Fransanın bu hərəkətlərinin pislənilməsi və bununla bağlı qadağa məsələsi  müzakirə ediləcək.
Ermənistana silah satılması, hətta hava hücumundan müdafiə sisteminin qurulmasıyla bağlı fikirlər səsləndirilir. Bu isə Ermənistanı bataqlığa sürükləməkdədir. Çünki 30 ilə yaxın bir müddət ərzində Ermənistanın hərtərəfli silahlandırılması, siyasi və diplomatik istiqamətdə, informasiya cəbhəsində, maliyyə sahəsində dəstəklənməsinə baxmayaraq, Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin qarşısında cəmi 44 gün tab gətirə bildi. Bundan sonra Ermənistanın silahlandırılması əslində düşmən ölkəni məhvə aparır. Ermənistanın hazırkı məqamda silahlandırılması,eyni zamanda, bu silahlandırma ilə yanaşı, Azərbaycana düşmənçilik mövqeyinin davam etdirilməsi sülh prosesinə ciddi şəkildə maneçilik törədən addımdır. Ermənistan bu məsələdə həssaslıq nümayiş etdirməlidir. Çünki Azərbaycanın mövqeyi açıq şəkildə bəllidir və Ermənistanla müharibə istəmir.
Amma Ermənistanın istənilən düşmənçilik addımlarına qarşı Azərbaycan ən sərt şəkildə cavab verəcəyini dəfələrlə bəyan edib. Əgər Ermənistan Prezident İlham Əliyevin dəfələrlə xəbərdarlıq etdiyi kimi, Azərbaycana qarşı hansısa revanşist addım atacaqsa, bizə qarşı qisasçılıq müharibəsinə cəhd edəcəksə, sərt şəkildə cəzalanacaq. Azərbaycan üçün münaqişə bitib, Ermənistanla müharibə səhifəsi arxada qalıb. Azərbaycan Ermənistanla qonşuluq şəraitində yaşamağa üstünlük verən addımlar atır, amma Ermənistan bundan sonrakı seçimini özü etməlidir".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 23 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia


azerbaycan xeberleri son xeberler yeni xeberler xabarlar enson xeberler xeberler azerbaycan sou xeberler