NATO PA-nın vebinarında ermənilərin yalanları bir daha ifşa edildi - FOTO

NATO PA-nın vebinarında ermənilərin yalanları bir daha ifşa edildi - FOTONATO PA-nın vebinarında ermənilərin yalanları bir daha ifşa edildi - FOTO
NATO Parlament Assambleyasının Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vebinarı keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə quruma üzv və assosiativ üzv olan ölkələrin nümayəndələri və ekspertlər iştirak ediblər.
Vebinarı açan NATO PA-nın prezidenti Attila Mesterxazi əvvəlcə münaqişə barədə iştirakçılara məlumat verib.
Tədbirdə çıxış edən ekspertlər Nona Mixelidze, Laurens Broers, Türkiyə, İtaliya, Kanada, Ermənistan nümayəndələri Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə fikirlərini bildirib, münaqişənin kəskinləşməsi nəticəsində yaşanan insan itkilərindən narahatlıqlarını ifadə ediblər.
İclasda çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov səsləndirilən fikirlərə münasibətini bildirib.
Vebinarın təşkilinə görə minnətdarlığını bildirən Ziyafət Əsgərov 27 sentyabrdan etibarən baş vermiş hadisələr barədə geniş məlumat verib. O bildirib ki, həmin gün Ermənistan Azərbaycana qarşı növbəti hərbi hücum həyata keçirdi:
"Əlbəttə, biz də cavab vermək məcburiyyətində qaldıq. Buna qədər Ermənistan silahlı qüvvələri tərəfindən 2016-cı ildə, sonra 2020-ci il iyulun 12-də Tovuz rayonunda olduğu kimi müəyyən təxtibatlar törədilmişdi. Sonra avqust ayında diversiya qrupu sərhədi keçmək istəmişdi və nəhayət 27 sentyabrdan sonra baş verənlər..."
Nümayəndə heyətimizin rəhbəri Ermənistan tərəfindən Gəncə şəhərinə raket atılması ilə bağlı bildirib ki, Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Təəssüf ki, Ermənistan tərəfindən atılmış raket yaşayış binasına düşüb və Ermənistanın bu terroru nəticəsində 10 mülki şəxs həlak olub, 35 nəfər yaralanıb.
Daha sonra Z.Əsgərov deyib ki, Azərbaycan və Ermənistan arasındakı danışıqlar artıq 30 ildir gedir:
"1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi qəbul olun, nədənsə ekspertlərimiz bunu qeyd etmədilər. Bunlar 822, 853, 874 və 884 saylı qətnamələrdir. Həmin qətnamələrdə açıq-aydın şəkildə göstərilir ki, Ermənistan silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır.
Türkiyənin bu prosesdə iştirakına gəldikdə isə, bilirsiniz, biz bir çox ölkələrdən, o cümlədən Rusiyadan, Belarusdan, İsraildən, həmçinin Türkiyədən silahlar alırıq. Türkiyə hazırda bizə yalnız siyasi və diplomatik müstəvidə dəstək verir. Türkiyə ilə əlaqədar Ermənistanın dünyaya yaydığı məlumatlar saxtadır və qara təbliğatdan başqa bir şey deyil.
Burada muzdlular barədə məsələyə də toxunuldu. Cənab Lorens dedi ki, guya Suriyadan hansısa muzdlular Azərbaycana göndərilib. Biz bunu inkar etmişik və yenə inkar edirik. Yeri gəlmişkən, Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətində bu məsələyə toxunmuşdu və heç bir sübut təqdim etməmişdi. Prezident İlham Əliyev bildirmişdi ki, bizə sübutları təqdim edin: hansı muzdlular, haradan, necə, hansı yolla gətirilir? Heç bir sübut yoxdur. Siz də deyirsiniz ki, guya buraya Suriyadan hərbi muzdlular gətirilir.
Amma bizdə sübutlar var ki, Ermənistana Livandan, Suriyadan və başqa ölkələrdən PKK terrorçuları gətirilir. Biz bunu sübut etmişik. Bizim sübutlarımız var və onları müvafiq beynəlxalq strukturlara təqdim etmişik".
Ziyafət Əsgərov qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınmış ərazisidir. Hamının bunu başa düşməsinin vaxtıdır. Bu anlayışlarla manipulyasiya etmək lazım deyil:
"Bir daha bəyan edirik ki, biz humanitar atəşkəsə sadiq qalırıq. Moskvada əldə olunmuş razılıqdan sonra Ermənistanın xarici işlər naziri başqa belə bir bəyanat verdi ki, Dağlıq Qarabağ öz müqəddəratını təyin etməlidir və sairə, sonra isə sülh danışıqlarına "Dağlıq Qarabağ" da qoşulmalıdır. "Dağlıq Qarabağ" adlı qurum yoxdur, bu ərazi Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Hörmətli ekspertlər, "Dağlıq Qarabağ" qanunsuz bir qurumdur. Buna görə də biz münaqişənin yalnız bir həlli yolunu görürük: Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən, bizim torpaqlarımızdan çıxarılması".
Tədbirin sonunda ikinci dəfə çıxış edən Ziyafət Əsgərov bir daha qeyd edib ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. O, beynəlxalq ictimaiyyəti Ermənistanın təxribatlarına və işğalçı siyasətinə adekvat münasibət bildirməyə çağırıb.
NATO PA-nın vebinarında ermənilərin yalanları bir daha ifşa edildi - FOTONATO PA-nın vebinarında ermənilərin yalanları bir daha ifşa edildi - FOTO

Siyasi       Tarix: 16 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Rusiya elitası Bodruma nə üçün yığıldı? - SENSASİON DETALLAR

Türkiyənin Egey dənizi sahilləri, xüsusilə Bodrumun turizm mərkəzləri son günlər Rusiyanın ən varlı simalarının və Kremlin yüksək eşalonuna yaxın şəxslərin lüks gəmilərinin dayanacağına çevrilib. Bölgədəki müşahidələr təsdiqləyi

Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib. KONKRET.azxəbər verir ki, dövlətimizin başçısı Baş nazir Məhəmməd Mustafanın ölkəmizə səfərini

Cənubi Qafqazda yeni oyun: Zəngəzur dəhlizinin taleyi həll olunur

Yaxın Şərqdə gərginliyin artması, İran ətrafında baş verən son proseslər və regionda dəyişən geosiyasi balans Zəngəzur dəhlizinin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bəzi ekspertlər hesab edirlər ki

Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir

Ermənistan hökuməti ölkə ərazisində həyata keçirilməsi nəzərdə tutulan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (Trump Route for International Peace and Prosperity – TRIPP) layihəsi üzrə strateji əməkdaşlığ

Dünya mətbuatı İlham Əliyevin tarixi çıxışını dərc edir - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Şuşa Qlobal Media Forumunda çıxışı, jurnalistlərin suallarına cavablar

İlham Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və ölkədə rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagir

Tramp Əliyevin sözlərini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp "Truth Social" səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada keçirilən IV Qlobal Media Forumundakı çıxışına həsr olunmuş "Breitbart News" məqaləsinə keçid paylaşıb

ABŞ-İran gərginliyi pik həddə: Bölgədə böyük müharibə olacaq?

Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda ABŞ və İran arasında hərbi qarşıdurma daha da şiddətlənir. Son günlər Vaşinqtonun Tehrana qarşı həyata keçirdiyi əməliyyatlar intensivləşib və bölgədə genişmiqyaslı münaqiş

KİV: Dubay şirkəti Hörmüz boğazından yan keçmək üçün liman tikəcək

Dünyanın ən böyük liman operatorlarından biri, Dubayın "DP World" şirkəti Fars körfəzində yüklərin Hörmüz boğazından yan keçməklə daşınmasına imkan verəcək yeni dəniz limanı yaratmağı planlaşdırır. bu barədə "Financia


yeni xeberler son xeberler azerbaycan xeberleri metbuat xeber.az 2026 sonxeber sonxabar az