NATO Parlament Assambleyasının Cənubi Qafqazla bağlı Rouz-Rout seminarı keçirilib

NATO Parlament Assambleyasının Cənubi Qafqazla bağlı Rouz-Rout seminarı keçirilibNATO Parlament Assambleyasının Cənubi Qafqazla bağlı Rouz-Rout seminarı keçirilib
Noyabrın 30-da NATO Parlament Assambleyasının Cənubi Qafqazda vəziyyətə həsr olunmuş Rouz-Rout seminarı keçirilib.
Bu barədə Milli Məclisin Mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.
Videokonfrans formatında keçirilən seminarda Milli Məclisin NATO PA-da nümayəndə heyətinin rəhbəri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov əvvəlcə NATO Parlament Assambleyasının prezidenti Gerald Konnolini bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib.
Daha sonra Ermənistandan olan deputatın çıxışına cavab verən Ziyafət Əsgərov deyib ki, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında çıxış edənlər bu münaqişənin beynəlxalq hüquqi aspektləri barədə danışsınlar. Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasının bu ərazilərin Azərbaycan torpaqları olduğunu göstərən dörd qətnaməsi var. Tarixi olaraq da, hüquqi olaraq da bu ərazilər Azərbaycan torpaqlarıdır. Həmçinin Avropa Birliyi də, Avropa Şurası da (BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi xaricində) bir sıra sənədlər və qətnamələr imzalayıb.
120 ölkəni birləşdirən Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının da Azərbaycanın ərazi bütövlüyünü birmənalı təsdiq edən müvafiq sənədləri var:
"Siz Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğunu göstərən sənədlər qəbul etmisiniz. Mən soruşuram - bir milyon mülki vətəndaşımız evlərini tərk etmək məcburiyyətində qalanda Avropa Birliyi harada idi? Heç kim onlar haqqında düşünmürdü. 30 ildir danışırdıq və danışırıq. "Gəlin bunu sülh yolu ilə müzakirə edək" dedik. Ancaq biz torpaqlarımızı Ermənistanın  işğalından azad etməyə başlayan kimi hamı birdən danışmağa başladı".
Daha sonra Ziyafət Əsgərov vurğulayıb ki, Azərbaycan ərazisinə bir nəfər də olsun terrorçu gətirilməyib. Əksinə Ermənistan Livandan, Yunanıstandan, İraqdan, Fransadan həm erməni, həm də qeyri-erməni əsilli terrorçuları cəlb edib. Bununla bağlı sənədlər var və bu sənədlər müvafiq təşkilatlara təqdim olunub.
Azərbaycana kömək etdiyinə görə Türkiyəni günahlandırmağa gəlincə isə, Z.Əsgərov deyib ki, Türkiyə bizi mənəvi və siyasi cəhətdən dəstəkləyir. Türkiyə bizim üçün dost və qardaş ölkədir, bundan əlavə, Türkiyə Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan ərazi bütövlüyünü dəstəkləyir. Türkiyə həm də ATƏT-in Minsk qrupunun üzvüdür.
Ziyafət Əsgərov Ermənistan tərəfinin müharibə zamanı mülki insanlara qarşı ballestik raket və fosfor bombalarından istifadə etməsi barədə danışaraq bildirib ki, Ermənistan humanitar normalar da daxil olmaqla bütün müharibə qaydalarını kobud şəkildə pozdu. Dinc şəhərlərimiz atəşə tutuldu, nəticədə qadın və uşaqlar da daxil olmaqla Azərbaycanın 94 mülki vətəndaşı öldürüldü, 400-dən çox mülki insan yaralandı, 3000-dən çox mənzil dağıdıldı. Ermənilər Kəlbəcər, Ağdam və Laçın rayonlarını tərk edərkən oradakı bütün evləri, meşələri yandırdılar:
"Biz bunlara necə baxmalıyıq? Bunlar azərbaycanlılar tərəfindən tikilən evlər idi. Bu, hərbi cinayətdir".
O, çıxışına yekun vuraraq bildirib ki, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi 30 ilə yaxın düşmən işğalında qalan torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Müharibədə, Azərbaycanın Ali Baş Komandanı başda olmaqla ordumuz və xalqımız qalib gəldi. Biz torpaqlarımızı azad etdik:
"Ali Baş Komandan İlham Əiyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Qələbə xalqımızın bütün dünyaya haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu".
Sonra seminarda bir sıra ölkələrin nümayəndələri və ekspertlər çıxış edərək öz fikirlərini bildiriblər. Bununla da NATO Parlament Assambleyasının Cənubi Qafqazda vəziyyətə həsr olunmuş Rouz-Rout seminarı başa çatıb. /oxu.az

Siyasi       Tarix: 02 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam az xeberler cəbhədən son xəbər cəbhədən görüntüleri cəbhədən video