NATO Rusiya və İrana xəbərdarlıq etdi

NATO Rusiya və İrana xəbərdarlıq etdi"Rusiya Ukraynanı öz ərazisində "çirkli bomba" istifadə etməkdə günahlandırır. Bu yalandır".
KONKRET.az NATO-nun rəsmi saytına istinadən xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq deyib.
O, NATO-nun bu cür saxta ittihamları rədd etdiyini bildirib: "Rusiya tez-tez başqalarını günahlandırır. Biz Suriyadan tutmuş Ukraynayadək bu tendensiyanın şahidi oluruq. Rəsmi Moskva durumu daha da gərginləşdirməmək üçün belə bəhanələrdən əl çəkməlidir".
Y.Stoltenberq vurğulayıb ki, dünya prosesləri çox diqqətlə izləyir: "Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi həlledici məqama qədəm qoyur. Prezident Putin döyüş meydanındakı uğursuzluqlarına artan aqressiya, dinc əhaliyə və mülki enerji infrastrukturuna zərbələr, yaşayış məntəqələrinə pilotsuz təyyarələr və raket hücumları ilə cavab verib".
Baş katib xatırladıb ki, son bir neçə gündə İranın Ukraynaya qarşı müharibədə Rusiyaya hərbi dəstək verdiyi məlum olub. NATO rəhbəri belə bir vəziyyəti qəbuledilməz adlandırıb: "Heç bir ölkə bu cinayətkar müharibədə təcavüzkara kömək etməməlidir. Mən müttəfiqlərin və Avropa İttifaqının rəsmi Tehrana qarşı sərt sanksiyalar tətbiq etməsi faktını alqışlayıram".
Y.Stoltenberq NATO-nun Rusiyanın Ukraynaya qarşı müharibəsində tərəf olmadığını bir daha söyləyib: "Lakin müttəfiqlər Ukraynanın fundamental özünümüdafiə haqqını dəstəkləməyə davam edəcək".//Report

Siyasi       Tarix: 27 oktyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,


yeni xeberler azerbaycan xeberleri son xeberler dunyada son xeberler sonxabar gunun xeberleri valyuta mezennesi