Naxçıvan-Bakı avtobusuna bilet satışında pozuntu
Naxçıvanda avtobus biletlərinin satışında kassa intizamı pozulub.
azxeber.com xəbər verir ki, bu, Hesablama Palatasının "Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi" Publik Hüquqi şəxs üzrə dövlət vəsaitlərinin, həmçinin digər dövlət əmlakının istifadə və idarə olunmasının hüquqi aktlara uyğunluğu auditinin nəticələrində öz əksini tapıb.
Belə ki, Naxçıvan-Bakı istiqamətində avtobus biletlərinin satışı zamanı kassa sənədləşdirilməsi aparılmayıb.
Bildirilib ki, kassa sənədləşdirilməsi aparılmadan Naxçıvan–Bakı biletlərindən 1,5 milyon manata yaxın vəsait toplanıb, bunun 78%-i sürücülərə əlbə-əl verilib. Məlumata görə, 2023-cü ildə 593,4 min manat, 2024-cü ildə isə 919,9 min manat həcmində vəsait kassa kitabı, mədaxil və məxaric orderləri olmadan toplanıb. Audit nəticəsində aşkar olunub ki, toplanan məbləğin yalnız 22 faizi isə xəzinədarlar tərəfindən Agentliyin bank hesabına ödənilib.
Turlar.az [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA