Naxçıvanda çörəyin qiymətinin baha olmasına səbəb nədir?

Naxçıvanda çörəyin qiymətinin baha olmasına səbəb nədir?Xəbər verildiyi kimi, bugünlərdə Naxçıvan Muxtar Respublikasında (MR) çörəyin qiyməti bir qədər ucuzlaşıb. Bu barədə Naxçıvan MR-sı İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, iyulun 17-dən etibarən Naxçıvandakı pərakəndə satış məntəqələrində 300 qramlıq çörək 45 qəpiyə yox, 40 qəpiyə satılır. Hazırda 300 qramlıq çörəyin topdansatış qiyməti 36 qəpik, pərakəndə satış qiyməti isə 40 qəpik təşkil edir. Çörəyin qiymətinin ucuzlaşması dünya bazarlarında taxılın ucuzlaşması ilə izah olunur.
Qeyd edək ki, Muxtar Respublikada çörəyin qiyməti nisbətən ucuzlaşsa da, bu vacib ərzaq növü Bakı ilə müqayisədə hələ də bahadır. Belə ki, Naxçıvanda 300 qramlıq çörək 40 qəpiyə təklif olunduğu halda, paytaxtda bunun ikiqatı ağırlığındakı çörək 60 qəpiyə satılır. Yəni, Bakıda 600 qramlıq çörəyə 60 qəpik ödənildiyi halda, Naxçıvanda 80 qəpik ödənilir. Ona görə də, yerli sakinlər sözügedən qiymət dəyişikliyindən razı qalmadıqlarını bildirirlər. Onlar Azərbaycanın digər bölgələri ilə birbaşa bağlantısı olmayan Muxtar Respublikada bu cür sosial-iqtisadi fərqlərin yaranmasını düzgün hesab etmədiklərini, mövcud vəziyyətin əhalinin sosial durumunu bir qədər də çətinləşdirdiyini deyirlər.
KONKRET.azxəbər verir ki, bu barədə "Gündəlik Naxçıvan" kanalına danışan çörək dükanlarından birinin sahibi R. Hüseynov qiymətin baha olmasını monopoliya ilə əlaqələndirir:
"Naxçıvanda çörəyin qiymətinin baha olmasına səbəb digər sahələrdə olduğu kimi, bu sahənin də monopoliyada olmasıdır. Rəqabət olsa çörəyin qiyməti Bakı ilə eyni, hətta ucuz ola bilər. Həmin monopolistlər buğda biçimi zamanı qiyməti aşağı salaraq 100 min tonlarla buğdanı alır, sonra isə baha satırlar. Çörək işinə də onlar baxırlar. İstədikləri qiyməti qoyurlar. Naxçıvanda onlardan başqa kimsə buğda gətirə bilməzlər. Bu isə qiymətin baha olmasına gətirib çıxarır".
Çörəyin baha olması əsasən kasıb təbəqəyə mənfi təsir göstərir. Naxçıvan şəhər sakini Bağır Quliyev deyir ki, böyük ailələrdə bu, daha çox hiss olunur:
"Ailəmiz böyükdür. Hər gün 40 qəpikdən 6, bəzən 7 çörək almalı oluruq. Aldığımız çörəklərin çəkisi çox zaman 300 qram olmur, həm də qiymət bahadır. Bakı ilə müqayisədə hər gün mən çörək üçün 60-70 qəpik artıq pul xərcləyirəm. Bu minvalla aylıq büdcəmdən 20-25 manat əlavə pul gedir. Bu isə sosial təminatı ağır olan bir ailə üçün böyük puldur".
Xatırladaq ki, hazırda Muxtar Respublikada yalnız 300 qramlıq çörəklər satışa çıxarılır. Bu çörəklərin qiyməti isə ötən ilin sentyabr ayında 30 qəpikdən 45 qəpiyə qədər bahalaşmışdı. Məlumat üçün bildirək ki, Muxtar Respublikanın un məhsullarına olan tələbatının böyük qismi "Bərəkət Qida Məhsulları" MMC tərəfindən qarşılanır. 450 min nəfərdən artıq əhalisi olan Naxçıvanın yeganə çörək zavodu da məhz bu şirkətin nəzdində fəaliyyət göstərir. "Bərəkət Qida Məhsulları" MMC-nin əvvəlki adı "Gəmiqaya Holdinq", indi isə "Akroz Holdinq" adlandırılan şirkətin tərkibində olduğu bildirilir.
İqtisadçı Xalid Kərimli "AzPolitika.info"-ya şərhində bildirib ki, bu məsələyə riyazi şəkildə yanaşmaq düzgün deyil. Ekspert qeyd edir ki, kiçik ölçülü məhsulun istehsalı və daşınma xərci böyük ölçülü məhsulla müqayisədə baha başa gəlir.
X. Kərimli qeyd edir ki, burada vətəndaşlara seçim imkanı verilməlidir: "Vətəndaş 600 qramlıq və ya 300 qramlıq çörəyi öz seçimi əsasında almalıdır. Hesab edirəm ki, bu zaman 600 qramlıq çörəyi 60 qəpiyə təklif etmək olar. Amma 600 qramlıq çörək 60 qəpikdirsə, deməli, 300 qramlıq çörək də 30 qəpik olmalıdır deyə bir anlayış yoxdur. Çünki hazırda mağazalarda 600 qramlıq çörəyi dilimlər şəklində, hansısa brend adı altında 1 və ya 2 manata da təklif edirlər. Yəni, qramla bağlı bir standart yoxdur".
"Azərbaycanda çörəyin qiyməti qeyri-formal olaraq tənzimlənsə də, qanunla tənzimlənmir. Çörəyin qiyməti bazarda müəyyənləşir. Digər tərəfdən, burada əlavə xərcləri də nəzərə almalıyıq. Hazırda Bakıya gələn unun böyük hisəsi Rusiyadan idxal olunur. Naxçıvana da buradan göndərilir. İran üzərindən daşımalar zamanı isə əlavə xərclər ortaya çıxır. Ona görə də, bu cür qiymət fərqinin normal olduğunu düşünürəm",- deyə ekspert bildirib.
İqtisadçı Natiq Cəfərli də "AzPolitika.info"-ya şərhində bildirib ki, Azərbaycanda çörəyin qiyməti dövlət tərəfindən tənzimlənmir: "Müəyyən bəlli standartlar var və çörək də məhz bu standartlara uyğun şəkildə bişirilməlidir. Amma qiymətlər dövlət tərəfindən tənzimlənmir. Müəyyən ucuzluğun olması da keçən ilə nisbətən buğdanın və onun qiymətində baş verən ucuzlaşma ilə əlaqədardır. Sadəcə təəssüf ki, dünya bazarında qiymət qalxanda Azərbaycanda da çörək məmulatlarının qiyməti bahalaşır. Lakin əksinə qiymətlər düşməyə başlayanda Azərbaycanda çox cuzi ucuzlaşmalar baş verir. Yəni, əsas problem də bununla bağlıdır".

Sosial       Tarix: 05 avqust 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


son xeberler azerbaycan xeberleri yeni xeberler sou xeberler xeberlər son xabarlar son xeberler azerbaycan