Naxçıvanda reyestrə düşməyən turizm şirkətləri cərimələnəcək
Naxçıvanda reyestrə düşməyən turizm şirkətləri cərimələnəcək
Naxçıvan MR-da turizm şirkətlərinin reyestrinə düşməyən kommersiya qurumları cərimələnəcək.
Bunu "Report"a açıqlamasında muxtar respublikanın Turizm Departamentinin statistika və sertifikatlaşdırma sektorunun aparıcı məsləhətçisi Ruslan Rəhimli bildirib.
"Hazırda Naxçıvanda 20-yə qədər qeydiyyatda olan turoperator fəaliyyət göstərir. Sözsüz ki, qeydiyyatsız işləyənlər də var. Çünki onların fəaliyyəti üçün hansısa xüsusi lisenziya tələb olunmur. Ötən il qəbul edilmiş "Turizm haqqında qanun"a əsasən, turoperatorlar və turagentlərin reystrə daxil edilməsi mexanizmi hazırlanır. Həmin mexanizm hazır olandan sonra artıq biz də burada bu istiqamətdə işlərimizi görəcəyik. Reyestrə düşməyən şirkətlər cərimələnəcək", - deyə o qeyd edib.
R.Rəhimlinin sözlərinə görə, hazırda Naxçıvanda tur şirkətlərinin və digər turizm subyektlərinin lisenziyalaşdırılması ilə balı işlər görülmür: "Çünki qanunvericilik buna icazə vermir. Biz bir çox hallarda həm turizm subyektlərinin özündən, həm bu xidmətlərdən istifadə edən vətəndaşlardan, həm də turizm şirkətlərindən ciddi şikayətləri, narazılıqları qəbul edirik. Əvvəllər turagentlərə və turoperatorlara dövlət qurumu lisenziya verirdi. Amma bu gün həmin lisenziya verilmir. Hər hansı fiziki şəxs gedib VÖEN açdırmaqla bu xidməti göstərə bilir. Ona görə də ortaya qeyri-peşəkar şəxslər çıxır.
Hazırkı mərhələdə bizim tövsiyəmiz ondan ibarətdir ki, bu cür turlarda iştirak etmək istəyənlər mütləq mənada turizm departamentinə yaxud bizim tabeliyimizdə olan Turizm İnformasiya Mərkəzinə müraciət edib həmin şirkətlərin siyahısını bizdən əldə etsinlər. Hansı ki, peşəkarlar dəvət olunaraq onlara xüsusi kurslar keçirilib və bu kursları uğurla başa vuranlara bələdçi sertifikatı verilib. Hesab edirəm ki, insanlar turları həmin şəxslərin bələdçiliyi ilə həyata keçirsələr həm keyfiyyət, həm qiymət, həm də təhlükəsizlik baxımından razı qalacaqlar". / oxu.az
Xidmetler [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu