Naxçıvanda Sosial Xidmətlər Agentliyi yaradıldı

Naxçıvanda Sosial Xidmətlər Agentliyi yaradıldıNaxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.
azxeber.com APA-ya istinadən xəbər verir ki, fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Təminat Xidmətinin əsasında Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsi yaradılıb.
Müəyyən edilib ki, Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi, Dövlət Məşğulluq Agentliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxslərin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün onlarda sədr də daxil olmaqla 3 (üç) üzvdən ibarət İdarə Heyəti yaradılır.
İdarə Heyətinin sədrini və digər üzvlərini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəyə təyin və vəzifədən azad edir.
Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin hüquqi varisidir, onun sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri, habelə tabeliyindəki sosial xidmət müəssisələri bütün əmlakı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan Sosial Xidmətlər Agentliyinə, digər hüquq və öhdəlikləri isə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə keçir.
Sosial Xidmətlər Agentliyinin nizamnamə fondu bu Fərmanın 3.3-cü bəndinə uyğun olaraq ona keçən əmlak hesabına formalaşır.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Nazirlik tabeliyindəki Sosial Xidmətlər Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxslərinin nizamnamələrini, strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etməlidir.
Eyni zamanda, Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxslərinin nizamnamələrinin təsdiq edildiyi tarixdən 3 (üç) gün müddətində həmin hüquqi şəxslərin dövlət qeydiyyatına alınması ilə bağlı "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq tədbirlər görməli, Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki dövlət sosial xidmət müəssisələrinin Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində publik hüquqi şəxslərin yaradılması üçün iki ay müddətində zəruri tədbirlər görülməsini təmin etməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Dövlət Sosial Müdafiə Fondu dövlət qeydiyyatına alındığı günədək Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu, Nazirlik yanında Dövlət Sosial Təminat Xidməti, Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi öz fəaliyyətlərini davam edəcəklər.

Sosial       Tarix: 17 mart 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeberler sonxəbər futbol xeberleri xeber