Naxçıvanın 100 illik yubileyinə Bakıdan Naxçıvana körpü salındı - FOTOLAR

Naxçıvanın 100 illik yubileyinə Bakıdan Naxçıvana körpü salındı - FOTOLARNaxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr  2023-cü il tarixli Sərəncamına müvafiq olaraq dekabrın 25-də Bakı şəhəri, Suraxanı rayonu, 226 nömrəli tam orta məktəbi ilə Naxçıvan şəhər Əkbər Ağayev adına 8 nömrəli tam orta məktəbi arasında virtual körpü yaradıldı. Bu körpü dəyirmi masa şəklində təşkil olundu.
İlk öncə Azərbaycan Dövlət Himni səsləndirildi. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin tarix müəllimi Təranə Cəbiyeva XX əsrin əvvəllərində Naxçıvanda baş verən hadisələr haqqında məlumat verərək qeyd etdi ki, "Çar Rusiyası və Qacarlar dövləti arasında 1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçay sülh müqavilələri bağlandı. Bu müqavilələr həm Çar Rusiyası,  həm də xain ermənilər tərəfindən Azərbaycanın tarixi torpaqlarının işğalına yol açdı. Azərbaycan iki yerə parçalandı, əzəli torpaqlarımızda ermənilərin yerləşdirilməsi və dövlət yaratmaları üçün şərait yarandı. Türkmənçay müqaviləsindən sonra təkcə 1830-cu ildə Naxçıvana 12.555 nəfər erməni köçürüldü."  Sonra Təranə Cəbiyeva naxçıvanlı diplomat Behbud ağa Şahtaxtinskinin Moskvada, Rusiya-Türkiyə danışıqlarında iştirak etdiyini, Naxçıvanın Azərbaycanın ayrılmaz bir hissəsi olaraq, muxtariyyət statusunun verilməsinə də təsir göstərdiyini söylədi.
IX  b sinif şagirdləri Y.Cabbar  və A.Abdullayeva Naxçıvan Muxtar Respublikasının 100 illik tarixini vərəqlədilər. Tarix boyu Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan torpağına xain qonşularımızın göz dikməsindən, çar Rusiyasının və Sovet imperiyasının köməyi ilə Naxçıvana qarşı düşmənlərimizin qərəzli iddialarından və 1990-cı illərdə Naxçıvanın Ermənistan tərəfindən blokadaya alındığı günlərdə Ulu Öndər Heydər Əliyevin qətiyyətlə Naxçıvanı mürəkkəb, çətin və siyasi şəraitdə xilasından danışdılar.
Qeyd olundu ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun tərkibində xidmət edən Naxçıvanın cəsur oğulları  Qarabağ torpağını erməni faşistlərindən azad edilməsində qəhrəmanlıq göstərmişdilər. Şagirdlərdən M.Paşayeva, N.Abdullayeva 100 illik yubileyini qeyd etdiyimiz Naxçıvana həsr olunan şeirləri coşqu ilə söylədilər. X b sinif şagirdi S.Məmmədzadə isə "Qarabağ" mahnısını oxudu.
Görüşün növbəti hissəsində Naxçıvan şəhər Əkbər Ağayev adına 8 nömrəli tam orta məktəbin tarix müəllimi Cəmşid Məmmədovun şagirdləri Naxçıvanın tarixindən söhbət açdı. Şagirdlərdən G.Xəlilova, D.İsayeva, F.İsmayılova, N.Bənənyarlı, F.Kazımova, Ü.Qafarov, N.Süleymanlı çıxış edərək, paytaxtı Naxçıvan olan Atabəylər dövləti və XI-XIII əsrlərin memarlığı, Naxçıvan xanlığı, ermənilərin törətdiyi soyqrımlar,  müstəqilliyimiz, Sədərək döyüşləri haqqında geniş məlumat verdilər. Naxçıvanın 100 illik yubileyinə A.Məmmədli "Naxçıvan"  şeirini, A.Məmmədli isə "Barı Naxçıvan" mahnısını ərməğan etdi.
Dəyirmi masanın sonunda Naxçıvan şəhər Əkbər Ağayev adına 8 nömrəli tam orta məktəbin direktoru Günay Novruzova çıxış edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin "Məktəblərdə Naxçıvan ayı" lahiyəsini yüksək dəyərləndirdi. Günay Novruzova 226 nömrəli tam orta məktəbin rəhbərliyinə təşəkkür edərək, Dəyirmi masada iştirak edən şagirdlərə dərslərində uğurlar arzuladı. 
Təranə Cəbiyeva Bakı şəhəri, Suraxanı rayonu
226 nömrəli tam orta məktəbin tarix müəllimi
Naxçıvanın 100 illik yubileyinə Bakıdan Naxçıvana körpü salındı - FOTOLARNaxçıvanın 100 illik yubileyinə Bakıdan Naxçıvana körpü salındı - FOTOLARNaxçıvanın 100 illik yubileyinə Bakıdan Naxçıvana körpü salındı - FOTOLARNaxçıvanın 100 illik yubileyinə Bakıdan Naxçıvana körpü salındı - FOTOLARNaxçıvanın 100 illik yubileyinə Bakıdan Naxçıvana körpü salındı - FOTOLARNaxçıvanın 100 illik yubileyinə Bakıdan Naxçıvana körpü salındı - FOTOLARNaxçıvanın 100 illik yubileyinə Bakıdan Naxçıvana körpü salındı - FOTOLARNaxçıvanın 100 illik yubileyinə Bakıdan Naxçıvana körpü salındı - FOTOLARNaxçıvanın 100 illik yubileyinə Bakıdan Naxçıvana körpü salındı - FOTOLARNaxçıvanın 100 illik yubileyinə Bakıdan Naxçıvana körpü salındı - FOTOLARNaxçıvanın 100 illik yubileyinə Bakıdan Naxçıvana körpü salındı - FOTOLARNaxçıvanın 100 illik yubileyinə Bakıdan Naxçıvana körpü salındı - FOTOLARNaxçıvanın 100 illik yubileyinə Bakıdan Naxçıvana körpü salındı - FOTOLARNaxçıvanın 100 illik yubileyinə Bakıdan Naxçıvana körpü salındı - FOTOLARNaxçıvanın 100 illik yubileyinə Bakıdan Naxçıvana körpü salındı - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 30 dekabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal xeber valyuta mezennesi 2026 cəbhədən xəbərlər siyaseti xeberler bugun