Naxçıvanın turizm potensialı mediatur çərçivəsində nümayiş olunub - FOTOLAR

21-22 oktyabrda Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin birgə təşkilatçılığı ilə mediatur keçirilib.
Mediaturun əsas məqsədi Naxçıvanın turizm imkanlarının nümayiş etdirilməsi, çoxçeşidli turizm potensialının və turizm əhəmiyyətli məkanlarının geniş auditoriyaya tanıdılması, eləcə də bölgəyə turist səfərlərinin təşviq edilməsidir.
Mediaturda iştirak edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Naxçıvanın turizm potensialının və tarixi-mədəni irsinin beynəlxalq və regional miqyasda tanıdılmasının iqtisadi və strateji əhəmiyyət kəsb etdiyini, bu istiqamətdə fəaliyyətlərin davam etdirildiyini qeyd edib. 
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov Dövlət Turizm Agentliyi ilə birgə Muxtar Respublikada turizmin inkişaf etdirilməsi ilə bağlı 2020-2023-cü illər üzrə birgə Fəaliyyət Planının hazırlandığını bildirib.
O, fəaliyyət planının əsas məqsədinin müxtəlif növ turizm məhsullarının hazırlanması, infrastrukturun inkişaf etdirilməsi ilə NMR-a gələn xarici və yerli turistlərin sayında artıma nail olmaq olduğunu deyib.
Naxçıvanın yay və qış turizm imkanlarının zəngin olduğunu qeyd edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bölgənin eko, təbiət, qastronomik, mədəni, sağlamlıq turizminin inkişafı üçün geniş resurslara malik olduğunu vurğulayıb. 
O, Naxçıvanın hədəf bazarlarda turizm destinasiyası kimi təbliğ etməyin və beynəlxalq bazarlarla hava əlaqəsini yaxşılaşdırmağın qarşıda duran  əsas vəzifələrdən biri olduğunu qeyd edib.
Kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən mediatur çərçivəsində Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib. 
Səfər zamanı media nümayəndələri Heydər Əliyev Muzeyi, Dövlət Bayrağı Muzeyi, "Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi,  "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksi, "Nuh Peyğəmbərin məzarüstü türbəsi" və "Əshabi-Kəhf Ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksini ziyarət edərək bu məkanlar haqda məlumatlandırılıblar.
Mediatur iştirakçıları "Əlincəqala" Tarix-Mədəniyyət Muzeyi, Batabat yaylağı, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi, "Duzdağ" Fizioterapiya Mərkəzinin fəaliyyəti və turizm potensialı, "Badamlı" sularının istehsal prosesi ilə yaxından tanış olublar. 
Səfər çərçivəsində KİV nümayəndələrinin maraq doğuran sualları cavablandırılıb.
Naxçıvanın turizm potensialı mediatur çərçivəsində nümayiş olunub - FOTOLARNaxçıvanın turizm potensialı mediatur çərçivəsində nümayiş olunub - FOTOLARNaxçıvanın turizm potensialı mediatur çərçivəsində nümayiş olunub - FOTOLARNaxçıvanın turizm potensialı mediatur çərçivəsində nümayiş olunub - FOTOLARNaxçıvanın turizm potensialı mediatur çərçivəsində nümayiş olunub - FOTOLARNaxçıvanın turizm potensialı mediatur çərçivəsində nümayiş olunub - FOTOLAR

Sosial       Tarix: 23 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən xəbərlər maşın realiti şou idman xeberleri son xəbərlər