Naxçıvanla quru əlaqə yaxın vaxtlarda açılacaq - "Kalininqrad sxemi" işə düşür

Naxçıvanla quru əlaqə yaxın vaxtlarda açılacaq - Cənubi Qafqazda geosiyasət fərqli yöndə inkişaf edir və Qərb regionda sabitliyi pozmaqla məşğuldur. Məsələ burasındadır ki, üzərinə düşən öhdəliyi yerinə yetirməkdən yayınan Ermənistan Qərbin ssenarisinə uyğun hərəkət edir. Zəngəzur dəhlizinin açılmasını öz imzasıyla təsdiq edən Nikol Paşinyan 3 ildir bu layihənin başa çatdırılmasına əngəl törədir. Təbii ki, burada əsas məqsəd Rusiyanı oyundan çıxarmaq və Qərbi regiona gətirməkdir. Ermənistanda Paşinyanın bu siyasətinə münasibət isə birmənalı deyil və ayrı-ayrı siyasi dairələrdə müxtəlif cür şərh olunur. Ermənistan mətbuatı da məsələni daim gündəmdə saxlayır. Kalininqradın nümunə gətirilməsi isə erməni cəmiyyətində geniş müzakirə olunur. Əslində Rusiyanın esklavı olan Kalininqradla Naxçıvan arasında müqayisə düzgündür və kommunikasiyaların açılması vacib məsələdir. Erməni ekspertlər isə bu variantı sərt tənqid edirlər.
Ermənistan mətbuatının dərc etdiyi "Paşinyanın Kalininqrad tranziti" adlı məqalədə də mövzu ilə bağlı bir sıra məqamlara toxunulub.
KONKRET.azoxucuların marağını nəzərə alıb, həmin məqalədən bəzi hissələri təqdim edir:
"Azərbaycan sülh sazişinin imzalanmasına heç bir ciddi maneə görmədiyini bəyan edir. Bakı Dağlıq Qarabağ məsələsinin artıq mövcud olmadığını rəsmən qeyd edir və sülh müqaviləsinin imzalanmasında israrlıdır. Eyni zamanda, sərhədlərin delimitasiyasını təxirə salmağı təklif edir.
Paşinyan "Qarabağdan imtina edirik – sülh şəraitində yaşayacağıq" tezisini irəli sürür. Baş nazir Qarabağdan rəsmi imtinanı nəzərdə tutur, lakin ermənilərin "sakit həyat" məsələsini həll olunmamış qoyur. Üstəlik, Bakı Ermənistanı qorxmamağa çağırır və əmin edir ki, o, Zəngəzuru ələ keçirmək niyyətində deyil. Bakı hətta yeni ideya irəli sürür və bildirir ki, Azərbaycan Naxçıvanla Rusiyanın Kalininqrad vilayətinə çıxış sxemi üzrə əlaqə saxlaya bilər. Bu layihə də Ermənistan ərazisindən keçməlidir.
Paşinyan bildirir ki, Bakının təklifi normaldır və Azərbaycan Ermənistanı iki yerə bölmək niyyətində deyil.
Bununla da Nikol Paşinyana xilas olmaq imkanı verilir. Məhz buna görə baş nazir "Dünyanın kəsişməsi" nəqliyyat layihəsindən danışır və "Kalininqrad tranziti" sxemini təbliğ edir. Məsələ burasındadır ki, Rusiya Kalininqrad vilayətinə gediş-gəlişi Belarus və Litva ərazilərindən keçməklə həyata keçirir. Bu sxem 2022-ci ilə qədər qüvvədə idi. Litvanın ərazisindən keçən yol bu ölkənin suveren ərazisi sayılsa da, sadələşdirilmiş prosedura görə, dayanma və ya yoxlama olmadan Kalininqrada getmək mümkün olurdu".
Əslində məqalə müəllifi Litvayla özlərini müqayisə etməklə yanlışlığa yol verir. Unudur ki, bu gün Rusiya Avropa İttifaqının sanksiyaları altındadır və Litva da Aİ-nin üzvüdür. Yəni Avropanın tətbiq etdiyi sanksiyalar Litva ərazisində də keçərlidir. Başqa bir məqamı unudan erməni ekspert Naxçıvanı Azərbaycanla birləşdirən quru yolu bağladıqlarının fərqində deyil. 35 il Naxçıvanı blokadada saxlayan Ermənistan əslində bölgəni iflic edib. İndi çirkin təbliğat aparan Ermənistan mətbuatı əldə olanacaq razılaşmalara kölgə salmağa daha çox meyl göstərir. Nəyin bahasına olursa-olsun Naxçıvanla quru sərhədlərin açılamasına mane olmağa çalışan Ermənistanı haqlı çıxarmağa cəhd edən siyasi ekspertlər 35 illik blokadalarına haqq qazandırmaq istəyirlər.
Litvanı nümunə göstərən Ermənistan mətbuatının diqqətinə çatdırırıq ki, Naxçıvana quru yol bərpa ediləcək və bütün bunlar yaxın vaxtlarda baş tutacaq.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 10 yanvar 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma


yeni xeberler son xeberler azerbaycan xeberleri dunya xeberleri valyuta mezennesi banklar ən son xeberler axsam.az xeberler