Nazarbayevin daha bir heykəli götürüldü - FOTO
Qazaxıstanın Astana Milli Muzeyinin əməkdaşları respublikanın ilk prezidenti Nursultan Nazarbayevin heykəlini birinci mərtəbədəki zaldakı sərgidən çıxarıblar.
KONKRET.az xəbər verir ki, bu barədə muzeyin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, heykəıl sərgidə aparılan təmir işləri ilə əlaqədar götürülüb. 2024-cü ildə Milli Muzeyin 10 illik yubileyinin qeyd olunması çərçivəsində sərgi salonlarının, o cümlədən Nazarbayev heykəlinin yerləşdiyi zalın konseptual məzmunu və dizaynı dəyişəcək.
"Abidəyə gəlincə, bu eksponat muzeyin mülkiyyətidir və zalın konseptindəki dəyişikliklə əlaqədar olaraq muzeyin kolleksiyasında daimi olaraq saxlanılacaq", – mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Qazaxıstanın ilk prezidentinin heykəli 2018-ci ildə Milli Muzeydə quraşdırılıb. Burada keçmiş dövlət başçısının milli naxış elementləri olan stulda əyləşdiyi təsvir edilib. Onun üstündə qazax dilində latın hərfləri ilə yazılmış yazı var: "Mənim arzum Qazaxıstanın "Məngilik El" ("Əbədi ölkə") olmasıdır. Zaman keçəcək, amma müstəqillik əbədi qalacaq. Qazaxıstan Respublikasının ilk Prezidenti, Elbaşı Nursultan Nazarbayev".
Heykəlin və kitabənin konfiqurasiyası Vaşinqtonun mərkəzindəki eyniadlı memorialda ucaldılmış ABŞ-nin on altıncı prezidenti Avraam Linkolnun şərəfinə ucaldılmış abidənin eynisidir.
Nazarbayevin təkcə Qazaxıstanda deyil, xaricdə də çoxlu abidələri var. Amma son aylarda bu heykəllərin əksəriyyəti bir-birinin ardınca sökülüb. Sonuncu dəfə yanvarın ortalarında Nazarbayevin abidəsi Astanada Milli Müdafiə Universitetinin ərazisindən götürülüb.
Ötən həftə birinci prezidentin portreti Almatı metrosundan da götürülüb.
Natiq Səlim,
KONKRET.az

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Cavid Ağaməliyev həbs edildi
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi
Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb