Nazilə Səfərlidən nazirə: "Üzr istəyirəm, məni məhkəməyə verməyin
Nazilə Səfərlidən nazirə: "Üzr istəyirəm, məni məhkəməyə verməyin"
Tanınmış şairə Nazilə Səfərli repetitorluğun ləğvi ilə bağlı müzakirələrə qoşulub.
Bu barədə "Instagram" hesabında paylaşım edən N.Səfərli elm və təhsil naziri Emin Əmrullayevə müraciət ünvanlayıb:
"Repetitor ləğv olunmalıdır", - deyənlərə sözüm var. Yaxşı olardı ki, məktəblərdə müəllimlərin əməkhaqqı qalxsın və ən yüksək tədris tələb olunsun. Repetitorlar göydən düşməyiblər ki?! Eyni müəllimlərdir, məktəbdə enerji xərcləmirlər, dərsdən sonra hər şagird məcbur qalıb aylıq 50 AZN ödəyib repetisiyasını edir.
Cənab nazir, çözüm aşkar ortadadır. Müəllimi dəyərləndirin və tələb edin. Görün, onda hansı valideyn uşağının boğazından kəsib repetitora verəcək.
Metodikası yüksək müəllimlər özəl məktəblərə transfer olunur. Çünki maaş yüksəkdir. Elə edin ki, geri qayıtsınlar. Onda da özəl məktəblərin sahibləri və daha kimlərin qəzəbinə tuş gələcəksiniz. Bu, mənim şəxsi fikrimdir. Həddimi aşdımsa, bəri başdan üzr istəyirəm, məni məhkəməyə verməyin", - deyə o qeyd edib.
Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev ötən gün verdiyi açıqlamada Azərbaycanda repetitor fəaliyyətinin ləğvinin gündəm mövzusu olmadığını deyib. O bildirib ki, bu fəaliyyət dünyanın heç bir yerində ləğv edilməyib. / oxu.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi