Nazir: "Çin Azərbaycanın mühüm ticarət tərəfdaşıdır"
Çin Azərbaycanın mühüm və qarşılıqlı ticarət dövriyyəsi artmaqda davam edən ticarət tərəfdaşıdır.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin CGTN telekanalına müsahibəsində deyib.
"Ötən il ölkələr arasında ticarət dövriyyəsinin həcmi 3 milyard ABŞ dollarını ötüb. Ticarət dövriyyəsində ikirəqəmli artım qeydə alınıb və bu, davam edir. Bizim Çində daimi ticarət nümayəndəliyimiz fəaliyyət göstərir. Bir sıra Çin şirkətləri Azərbaycanda müxtəlif sahələrdə layihələr həyata keçirir. Onlar bərpa olunan enerji sahəsində, sənaye istehsalı sahəsindədir, eyni zamanda sənaye parkları çərçivəsində də əməkdaşlıq qurulub", – nazir bildirib.
M.Cabbarovun sözlərinə görə, bütün bunların əsasında mükəmməl siyasi əlaqələr dayanır: "Azərbaycan "vahid Çin" siyasətini dəstəkləyir və bu, münasibətlərimizdə çox möhkəm təməldir".
Onun sözlərinə görə, Azərbaycanın bir çox tərəfdaşları ilə sıx əlaqələri var: "Bizim əsas ticarət tərəfdaşlarımız Avropa İttifaqı, Çin, Rusiya Federasiyası, təbii ki, Türkiyə, Mərkəzi Asiya dövlətləri və Fars körfəzi ölkələridir. Bu, müəyyən mənada bizim qarşılıqlı investisiyalar strukturumuzu əks etdirir. Azərbaycan həm də müxtəlif nəqliyyat yollarının kəsişməsində yerləşir və "Şərq-Qərb" Çini Avropa ilə birləşdirən və Xəzər dənizi, Azərbaycan vasitəsilə Mərkəzi Asiya dövlətlərindən keçən ən qısa marşrutdur. Eyni sözləri "Şimal-Cənub" nəqliyyat dəhlizi haqqında da demək lazımdır. Coğrafi mövqeyimiz də müəyyən mənada iqtisadi tərəfdaşlığımızı da müəyyən edir".

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək