Nazir: "Gənclərin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üzrə fəaliyyətini davam etdirməsi vacibdir

Nazir: "Gənclərin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üzrə fəaliyyətini davam etdirməsi vacibdirNazir: "Gənclərin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üzrə fəaliyyətini davam etdirməsi vacibdir"
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elan etdiyi "Könüllülər ili" çərçivəsində bu ilin 30 dekabr tarixində xarici işlər naziri Ceyhun Bayramov XİN nəzdində fəaliyyət göstərən Diplomatiya könüllüləri ilə videokonfrans formatında görüşüb.
XİN-dən verilən məlumata görə, görüşdə Xarici İşlər naziri Ceyhun Bayramov ölkə başçısının təşəbbüsü və təşviqi ilə ölkəmizdə geniş vüsət alan könüllülük hərakatının önəmindən bəhs edib. 2020-ci ilin cənab Prezident tərəfindən "Könüllülər ili" elan edilməsinin ölkədə Azərbaycan gəncliyinə dövlət səviyyəsində verilən yüksək dəyərin bariz nümunəsi olduğu, artıq ölkəmizdə könüllülük fəaliyyətinin sistematik xarakter daşıdığı qeyd olunub.
Nazir Azərbaycan könüllülərinin pandemiya dövründəki təqdirəlayiq fəaliyyətindən bəhs edərək, bu müddət ərzində müxtəlif sahələrdə fəaliyyət göstərən könüllülərin həmrəyliyini və birgə əməkdaşlığını məmnunluqla vurğulayıb. Azərbaycan Könüllü Təşkilatları İttifaqının təsis edilməsinin Azərbaycanda könüllülər hərəkatında mühüm addımlardan biri olduğunu söyləyib.
Nazir 2020-ci ildə Azərbaycan üçün ən əlamətdar hadisə olan, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun şanlı qələbəsindən bəhs edib. O, cəbhədə olduğu kimi siyasi müstəvidə də Azərbaycanın qazandığı uğurlardan danışıb. Vətən müharibəsi dövründə Azərbaycan xalqının həmrəyliyini, ölkə başçısının qeyd etdiyi kimi, bir dəmir yumruq kimi birləşdiyini xüsusi olaraq vurğulayıb. Ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtirama yad edilib və qazilərimizin tez zamanda sağlamlıqlarına qovuşması arzulanıb.
Nazir Ermənistanın informasiya sahəsində təxribatlarının qarşısını almaq məqsədi ilə aparılan təqdirəlayiq informasiya müharibəsindən bəhs edərək, burada gənclərin fəal iştirakını da qeyd edib. O, Gənclərimizin bundan sonra da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üzrə fəaliyyətinin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Diplomatiya Könüllülərinin il ərzində fəaliyyətini qiymətləndirən xarici işlər naziri gələcək fəaliyyətləri üzrə gənclərə öz tövsiyələrini verib.
Sual-cavab sessiyası ilə davam edən görüşün yekununda nazir könüllüləri şanlı qələbəmiz, "Könüllülər ili", Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. /oxu.az

Siyasi       Tarix: 30 dekabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor


azerbaycan xeberleri yeni xeberler son xeberler dunya xeberleri cəbhədən ən son xəbərlər son xeberler bu gun xeberler bugun 2026