Nazir müavini təyin edilən Hikmət Mirzəyevlə bağlı məlumatlar

Nazir müavini təyin edilən Hikmət Mirzəyevlə bağlı məlumatlarXəbər verdiyimiz kimi, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini vəzifəsinə təyin edilib.
KONKRET.az Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyev barəsində məlumatları təqdim edir:
Hikmət İzzət oğlu Mirzəyev 29 fevral 1968-ci ildə Puşkin rayonunda (indiki Biləsuvar rayonu) anadan olub. Birinci Qarabağ müharibəsində iştirak edib, xüsusi təyinatlı taborun üzvü olub.
1992-ci ilin dekabrında Xocalı rayonu ərazisindəki o zaman Ağdam üçün böyük təhlükə təşkil edən Fərrux yüksəkliyini azad etmək üçün Müdafiə Nazirliyinin göstərişi əsasında Mehman Səlimovun komandanlığı ilə aparılmış hücum əməliyyatı zamanı kapitan rütbəsində hərbi birliyin kəşfiyyat bölüyünün komandiri kimi döyüşüb.
Ümummilli lider Heydər Əliyevin Prezident olduğu illərdə polkovnik-leytenant hərbi rütbəsini daşıyıb.
Ona Polkovnik rütbəsini də məhz Heydər Əliyev təqdim edib. Hikmət Mirzəyev 19 yanvar 2002-ci ildə Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb.
O, 24 iyun 2003-cü ildə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsində xüsusi xidmətlərinə, özünün xidməti vəzifələrini və hərbi hissəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə Heydər Əliyevin fərmanı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.
24 iyun 2015-ci ildə isə Hikmət Mirzəyev Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
2016-cı ilin aprelində və 2020-ci ildə "Dağlıq" Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindən olub. O, bundan öncə Cəbrayıl rayonunun 27 il davam edən işğaldan azad edilməsi əməliyyatına başçılıq edib. Bu münasibətlə dövlət başçısı Mirzəyevə zəng edərək onu təbrik edib.
2016-cı ilin Aprel döyüşlərində işğal edilmiş torpaqların azad edilməsində əsas rol oynayan xüsusi təyinatlılar 2018-ci ildə Ordunun 100 illiyi münasibətilə keçirilən hərbi paradda general Hikmət Mirzəyevin başçılığı altında keçiblər.
O, 2020-ci il Vətən müharibəsində Cəbrayıl rayonunun və Şuşa şəhərinin azad olunması əməliyyatlarına rəhbərlik edib.
17 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Hikmət Mirzəyevi general-leytenant ali hərbi rütbəsi ilə təltif edib.
H.Mirəzəyev 9 dekabr 2020-ci ildə "Vətən Müharibəsi Qəhrəmanı" medalı, 24 dekabr 2020-ci ildə "Cəbrayılın azad olunmasına görə" medalı, 25 dekabr 2020-ci ildə "Füzulinin azad olunmasına görə" medalı, 29 dekabr 2020-ci ildə "Qubadlının azad olunmasına görə" medalı, 29 dekabr 2020-ci ildə "Şuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları, 24 iyun 2021-ci ildə "Xocavəndin azad olunmasına görə" medalı, 7 noyabr 2023-cü ildə isə "Qarabağ" ordeni ilə təltif edilib.Pravda.az

Siyasi       Tarix: 12 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma


yeni xeberler son xeberler azerbaycan xeberleri dunya xeberleri valyuta mezennesi banklar ən son xeberler axsam.az xeberler