Nazir Pərvin Abıyeva ilə rəqs görüntüləri yayılan polisi işdən qovdu

Nazir Pərvin Abıyeva ilə rəqs görüntüləri yayılan polisi işdən qovduAktrisa Pərvin Abıyeva ilə görüntüləri yayılan polis əməkdaşı xidmətdən xaric edilib.
Open.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bir neçə gün öncə bəzi xəbər saytlarında və sosial şəbəkələrdə təmtəraqla keçirilən ad günündən videogörüntülər paylaşılıb:
"Bu da aktrisa Pərvin Abıyevanın paqonlu sevgilisi" başlığı ilə yayılan həmin görüntülərdə üzərində polis geyim forması və atributları əks olunmuş tort, habelə məclisdə polis əməkdaşına yaraşmayan çılğın hərəkətlər diqqət çəkir. DİN rəhbərliyinin göstərişi ilə dərhal müvafiq araşdırmalar aparılıb və ad günü qeyd edilən şəxsin Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev olduğu müəyyən edilib. O da məlum olub ki, həmin şəxsin xidməti fəaliyyəti də qeyri qənaətbəxşdir".
Məlumatda həmçinin qeyd olunur ki, "Polis haqqında" Qanunun və "DİO əməkdaşlarının etik davranış kodeksi"nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etməklə müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum gününü qeyd edərkən daxili işlər orqanları əməkdaşı olmasını xüsusi qabartdığına, etdiyi polis adına yaraşmayan çılğın hərəkətlərinin yanındakılar tərəfindən qeydə alınaraq internet resurslarında yayılması ilə nəticələndiyinə, bununla da polisin nüfuzuna xələl gətirdiyinə görə Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib. /open.az

Şou Biznes       Tarix: 29 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım


azerbaycan xeberleri yeni xeberler son xeberler sou xeberler xabar az qurban bayrami 2026 valyuta mezennesi banklar