Nazir: Şəhid ailə üzvlərinin orta aylıq pensiyası 1300 manatdan yuxarıdır
Beş və daha çox övladı olan şəxslərə bir sıra güzəşt və imtiyazlar nəzərdə tutulur.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, qurumun ümumi siyasətində bu kateqoriyadan şəxslərə daim dəstək verilməsi planlaşdırılır: "Eyni zamanda, prezident müavinətləri, digər istiqamətlər üzrə də artımlar həyata keçirilir.
Postmüharibə dövrünü götürsək, şəhid ailələrinə, müharibə əlillərinə edilən ödənişlər son 3 ildə 3 dəfəyədək artırılıb. Bu gün şəhid ailə üzvlərinin orta aylııq pensiyası 1300 manatdan yuxarıdır.
Müharibə əlillərinin aldığı pensiyanın, təqaüdün orta məbləği isə 750 manatdan yuxarıdır. Növbəti ildə isə bu orta məbləğ 800 manata çatacaq".
///APA / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi