Nazirlər Kabinetinin yeni qərarı valyuta axınına mane olmayacaq – AÇIQLAMA

Nazirlər Kabinetinin yeni qərarı valyuta axınına mane olmayacaq – AÇIQLAMANazirlər Kabineti "Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında" Qərar imzalayıb. Sənəddə müəyyən edilib ki, siyahısı bu Qərarın əlavəsi ilə müəyyən edilən ərzaq mallarının və onların istehsalında istifadə olunan malların gömrük ərazisindən aparılması ölkədə mövcud olan ehtiyatlar və əhalinin müvafiq mallar ilə qısamüddətli dövrdə təminatı ilə bağlı proqnoz əsas götürülməklə İqtisadiyyat Nazirliyinin müsbət rəyi əsasında həyata keçiriləcək.
Bəs görəsən, Nazirlər Kabinetinin yeni qərarını şərtləndirən əsaslar nədir? Həmin məhsulların ixracına niyə məhdudiyyət qoyulur?
Baş nazirin yeni qərarını KONKRET.az-a şərh edən iqtisadçı Eldəniz Əmirov bildirib ki, bunu ixraca tətbiq edilən qadağa kimi qiymətləndirmək olmaz:
"Burada nəzarət etmə və tənzimləmə funskiyasının həyata keçirilməsindən söhbət gedir. Yeni qərar ölkənin ərzaq təhlükəsizliyinin idarə olunması və eyni zamanda ərzaq qıtlığının qarşısını alınması üçün görülən tədbirdir. Əslində hər hansı bir qıtlıqdan söhbət getmir. Sadəcə olaraq, Nazirlər Kabinetinin qərarı ilə həmin məhsulları ixrac etmək istəyən sahibkarlar İqtisadiyyat Naziriliyinə müraciət etməlidir. Bundan sonra məhsul haqqında məlumatlar nazirliyə təqdim ediləcək və beş gün ərzində həmin məlumatlara baxılacaq. Əgər icazə verilirsə, müsbət rəy məktubu verilir. Sahibkar bu məktubun müşayiəti ilə məhsulu ixrac edə bilər. Yəni malın üzərində belə bir məktub olmalıdır".
İqtisadçı əlavə edib ki, yeni qərar ölkəyə valyuta axınına mane olmayacaq:
"İqtisadiyyat Nazirliyi bu məktubu verməzdən əvvəl bazarı təhlil edərək həmin məhsulla bağlı ölkədə qıtlığın yaranma ehtimalını qiymətləndirib qərar verəcək. Göründüyü kimi, bu, qadağa yox, nəzarət etmə və tənzimləmə vasitəsidir. Siyahıya baxsaq görərik ki, orada 28 adda məhsul var.
Biz həmin məhsulları qruplaşdırsaq, görərik ki, 5-6 qrupda məhsulların olduğu aydın görünür. Məsələn, siyahıda ət, şəkər, yağ və yumurta üstünlük təşkil edir ki, orada ət və ət məhsullarının müxtəlif növləri var. Həmin məhsulların ixracı isə elə yüksək həcmdə deyil ki, ölkəyə valyuta axınını əngəlləsin".
Nazirlər Kabinetinin yeni qərarı valyuta axınına mane olmayacaq – AÇIQLAMANazirlər Kabinetinin yeni qərarı valyuta axınına mane olmayacaq – AÇIQLAMANazirlər Kabinetinin yeni qərarı valyuta axınına mane olmayacaq – AÇIQLAMANazirlər Kabinetinin yeni qərarı valyuta axınına mane olmayacaq – AÇIQLAMAŞəbnəm Mehdizadə,
KONKRET.az

Sosial       Tarix: 19 mart 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


azerbaycan xeberleri son xeberler yeni xeberler siyaseti xeberler bugun son xeber.az cəbhədən son xəbərlər 2026 bu gune olan xeberler