Nazirlik rəsmisi bu qurumları ittiham etdi: "Səhlənkarlıqdır" - FOTO

Nazirlik rəsmisi bu qurumları ittiham etdi: "Səhlənkarlıqdır" - FOTONazirlik rəsmisi bu qurumları ittiham etdi: "Səhlənkarlıqdır" - FOTO
Qusar rayonu, Aşağı Xuc kəndinin ərazisində, Qusarçay çayının sahilində məişət tullantılarının qalaqlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət yerində araşdırılıb. 
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən əraziyə keçirilən baxış zamanı Qusarçay çayının sahilinə məişət tullantılarının atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi məlum olub.
Nazirliyin yerli qurumunun əməkdaşlarının nəzarəti ilə ərazi Aşağı Xuc bələdiyyəsi tərəfindən tullantılardan təmizlənib.
Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə tullantıların idarə olunmasına cavabdeh olan Aşağı Xuc bələdiyyəsinə xəbərdarlıq edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova saytımıza açıqlamasında bildirib ki, bu gün tullantıların pərakəndə şəkildə atılması, düzgün idarə olunmaması ən aktual məsələlərdən biridir və bu, çox narahatedicidir:
"Çayların vadilərinin, dəniz kənarlarının, meşəliklərin tullantılarla çirkləndirildiyi hamıya bəllidir. Bəziləri hələ də məişət tullantılarını çaya, dənizə atmaqdan çəkinmir. Ona görə dənizdən, çaylardan daim sellofan torbalar, plastik və müxtəlif tullantılar sahilə çıxır, yaxud çayların vadilərində zibillər qalaqlanır.
Xüsusilə vurğulamaq lazımdır ki, təbiət qoynuna istirahətə gedənlər, istirahət mərkəzlərində dincələnlər və istirahət-iaşə obyektlərini idarə edənlər yaranan tullantıları pərakəndə şəkildə atır. Yəqin, mənimlə razılaşarsınız ki, özümüz təbiəti bu günə qoyuruq.
Problemin özəlliyi də odur ki, məsələnin mərkəzində hamımız dayanırıq. Məncə, bu problemi birlikdə həll etməliyik. Yalnız cərimə ilə iş bitmir. Tərəfimizdən tez-tez məcburi göstərişlər verilir, cərimələr tətbiq olunur, ərazi təmizlənir. Ancaq bu, o demək deyil ki, ərazi çirkləndirilməli və biz məcburi göstəriş verməliyik, cərimə etməliyik, onlar da təmizləməlidir".
İ.İbrahimova bildirib ki, təmizlənən əraziyə müəyyən vaxtdan sonra yenə də tullantılar atılır:
"Düzdür, bu tullantıların idarə edilməsinə cavabdeh olan yerli bələdiyyələrin, icra nümayəndəliyinin səhlənkarlığı danılmazdır, amma zibili atan da özümüzük axı... Evimizin içindəki zibili çıxarıb, evimizin kandarına atırıq, nəfəs aldığımız havanı, üstündə gəzdiyimiz torpağı çirkləndiririk. Görəsən, niyə təbiətimizə bu qədər laqeydlik göstəririk?
Bir sözlə, hamılıqla təbiətə qayğı ilə yanaşaq ki, o, bizdən üz döndərməsin. Hər kəsin işi ekologiyaya, təbiətə zərər vurmaq yox, təbiəti qorumaq olmalıdır. 
Nazirlik rəsmisi bu qurumları ittiham etdi: "Səhlənkarlıqdır" - FOTONazirlik rəsmisi bu qurumları ittiham etdi: "Səhlənkarlıqdır" - FOTONazirlik rəsmisi bu qurumları ittiham etdi: "Səhlənkarlıqdır" - FOTONazirlik rəsmisi bu qurumları ittiham etdi: "Səhlənkarlıqdır" - FOTOİlhamə Əbülfət

Sosial       Tarix: 15 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç


azerbaycan xeberleri son xeberler yeni xeberler zelzele xəbər sonxəbərlər siyaseti xeberler bugun