Nazirlik rəsmisi: 'Maliyyə bazarlarının inkişafı başlanğıc mərhələdədir
Azərbaycanda istiqrazlarla təkrar bazar əməliyyatlarının ümumi dəyəri 2018-ci illə müqayisədə 10-15 dəfə artıb.
azxeber.com xəbər verir ki, bunu Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov bildirib.
"Bu, bazarın inkişaf etməsinin və resursların dövr etməsinin göstəricisidir. Çünki, inkişaf əsasən təkrar bazardan asılıdır. Hazırda biz bunu daxili bazarda müşahidə edirik. Güman edirik ki, Dövlət borcunun idarə edilməsi strategiyasının icrasını davam etdirdikcə bazara dair rəqəmlər daha da artacaq. Hazırda Azərbyacanda döviyyədə olan dövlət istiqrazlarının ümumi dəyəri 2,6 milyard manatdır. 2018-ci ildə bu göstərici 780 milyon manat olub", - deyə o, qeyd edib.
"Əgər 2018-ci ildə Maliyyə Nazirliyi istiqrazlarını tələbatdan asılı olaraq 1-2 illik yerləşdirə bilirdisə, ötən il artıq 7 illik istiqraz yerləşdirmişik. Mütəmadi şəkildə 5 illik istiqrazlar yerləşdiririk. Bu da, yerli maliyyə bazarlarınıın tədricən inkişaf etməsindən, daha uzunmüddətə maliyyə resurslarının əlçatanlıqdan xəbər verir.
Ümumiyyətlə, maliyyə bazarlarının inkişafı 3 mərhələdən keçir. Birinci mərhələ dövlət qiymətli kağızları ilə başlayır, növbəti mərhələdə korporotiv sektor bu prosesə qoşulur. Çünki dövlət istiqrazları artıq istinad dərəcəsi rolunu oynayır. İstiqrazlardan sonrakı mərhələdə səhm bazarıdır. Azərbaycan hələ ki, başlanğıc mərhələdədir. Amma hesab edirəm ki, dövlət istiqrazları üzrə borclanma üçün 7 illik istinad dərəcəsi var və bundan başqa, biz görürük ki, "Bakı Fond Birjası" QSC-də korporotiv istiqrazların da yerləşdirilməsinə başlanılıb. Bunlar mərhələli şəkildə inkişafın göstəriciləridir", - deyə A.Mursaqulov əlavə edib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR