Nazirlik rəsmisi: Qripdən ölüm halları müşahidə edilə bilər
Payız-qış mövsümü ilə əlaqədar, bir qayda olaraq hava-damcı yolu ilə ötürülən infeksiyalara yoluxma hallarında artımlar baş verir. Bu il də eyni hal təkrar olunur. Bu hal yaza doğru müəyyən dalğalarla özünü göstərəcək.
KONKRET.az APA-ya istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, azırda, bu infeksiyalarla xəstələnmə səviyyəsi əvvəlki illərlə müqayisədə bir o qədər də fərqlənmir. Eyni zamanda, pandemiya dövründən etibarən bu tip infeksiyalara diqqət artıb:
"İnfeksiyaların içərisində qrip əlverişsiz nəticələrinə görə öz əhəmiyyətini itirməyib, çünki hər il yeni ştammlar peyda olur və əhalinin yoluxma həssaslığı artır".
T.Eyvazov deyib ki, qrip infeksiyası zamanı xəstəliyin ağır və fəsadlı keçəcəyi risk qruplarına 5 yaşadək uşaqlardan başqa, hamilə qadınlar, ağır xroniki xəstəlikləri olan istənilən yaşda olanlar və ahıl şəxslər aiddir.
"Ona görə də, ilk növbədə bu şəxslər qripə qarşı peyvənd olunmalıdırlar. Qripin ağırlaşmalarından ölüm halları az da olsa, müşahidə edilə bilər. Bunun səbəbləri qrip zamanı inkişaf edən pnevmoniya, ensefalit və s. kimi fəsadlardır. Bu səbəbdən əhali diqqətli olmalı, xəstəlik ağır keçdikdə mütləq həkimə vaxtında müraciət etməlidir. Bütün sadaladığımız infeksiyalardan qeyri-spesifik qorunma yolları isə pandemiya dövründə öyrəndiyimiz qızıl qaydalardır ki, onlara da xəstələnmə hallarının artımı zamanı ciddi əməl etmək lazımdır", – deyə həkim qeyd edib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı