Nazirlikdən Lerikdəki torpaq sürüşməsi ilə bağlı AÇIQLAMA
"Lerik rayonunun Lərmərud kəndində baş verən sürüşmə nəticəsində bir evin torpaq altında qalması digər ərazilərdə real təhlükənin olması demək deyil".
KONKRET.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev APA-ya açıqlamasında bildirib.
Nazirliyin ekspedisiya qurupu hadisə yerinə baxış keçirib.
"Ərazidə zəruri monitorinq və təftişlər aparılıb. Orada 200 m uzunluğu, 150 m eni olan sürüşmə kütləsi qeydə alınıb. Sürüşmənin baş hissəsində 30-70 sm enində yarılmalar var. Burada tektonik pozulma zonaları var ki, sürüşmənin səbəbi də bilavasitə bu yarılma hissəsindən başlayır. Hazırda ümumi axan kütlənin uzunluğun 80 metrə yaxındır".
Xidmət rəisi onu da əlavə edib ki, kəndin digər əraziləri üçün real təhlükə yoxdur. Proses tam stabilləşməsə də dinamik aktivlik müşahidə edilmir. Sürüşən kütlənin qalınlığı azdır. İntensiv yağışlar olarsa, bu sürüşmə kütləsinin baş hissəsində zəif aktivləşmələr müşahidə edilə bilər.
Qeyd edək ki, martın 30-u Lerik rayonunun Lərmərud kəndində baş verən hadisə nəticəsində bir ev tamamilə torpaq altında qalıb.

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar