Nazirliyin rəsmi jurnalının saxta saytı açıldı - Analoqu olmayan dələduzluq - FOTO

Nazirliyin rəsmi jurnalının saxta saytı açıldı - Analoqu olmayan dələduzluq - FOTOAzərbaycan Səhiyyə Nazirliyinin rəsmi orqanı olan "Azərbaycan Tibb jurnalı" dərgisinin adından xaricdə saxta sayt yaradılıb.
KONKRET.az BakuPost.az-a istinadən xəbər verir ki, "Azərbaycan Tibb Jurnalı"nın redaksiyası adından Fuad İslamzadə tibb üzrə elmi-tədqiqat aparan və "Azərbaycan Tibb Jurnalı"da elmi məqalələrini çap etdirmək istəyən şəxslərə müraciət hazırlayıb.
Nazirliyin rəsmi jurnalının saxta saytı açıldı - Analoqu olmayan dələduzluq - FOTO"Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin orqanı olan "Azərbaycan Tibb Jurnalı" bir neçə beynəlxalq indeksləşdirmə təşkilatında qeydiyyatdan keçdiyinə və bu jurnalda çap edilən məqalələr həmin mərkəzlərin bazalarında yayımlandığına görə, bir sıra xarici ölkə tədqiqatçılarının diqqətini cəlb edir. Bu, son vaxtlarda bütün dünyada elmi-tədqiqat işlərinin nəticələrinin nüfuzlu mətbu orqanlarında çap edilməsinə tələbatın artması ilə əlaqədardır. İndiyə qədər biz Ukrayna, Belorusiya, Rusiya Federasiyası və ABŞ-ın nüfuzlu elmi mərkəzlərindən göndərilmiş məqalələr çap etmişik.
Təəssüflə bildirirəm ki, jurnalımızın Beynəlxalq indeksləşdirmə təşkilatlarındakı nüfuzunun artması bəzi dələduzların da diqqətini cəlb edib və onlar bundan istifadə üçün qeyri-adi, hətta ağılasığmaz şəkildə istifadə etməyə başlayıblar.
Keçən ay ərzində bizə Özbəkistandan bir neçə müəllif müraciət edib, göndərdikləri məqalələrin nə vaxt çap ediləcəyi haqqında məlumat almaq istədiklərini bildiriblər. Halbuki onların bəhs etdikləri məqalələr bizim redaksiyamıza təqdim edilməmişdi. Bununla əlaqədar apardığımız araşdırma bizim necə bir dələduzluğa məruz qaldığımızı ortaya çıxardı. Aydın oldu ki, keçən ilin avqust ayında bizim jurnalın ingiliscə adından istifadə edilməklə xüsusi bir saxta sayt hazırlanaraq internetdə fəaliyyətə başlayıb. Həmin saytın adi ilə bizim saytımızın adı arasında cüzü fərq var. Həqiqi saytımızın adı www.azmedjournal.com, haqqında bəhs etdiyim saxta saytın adı isə www.azerbaijanmedicaljournal.com-dur.
Saxta saytı yaradan dələduzlar oraya jurnalın redaksiya heyəti olaraq həqiqi jurnalla heç bir əlaqəsi olmayan 7 nəfərin adını daxil ediblər.
İnternetdə apardığımız araşdırma sayəsində aydınlaşdırılmışdır ki, həmin siyahıda adları qeyd edilən şəxslər ölkəmizdə fəaliyyət göstərən universitetlərdən birinin əməkdaşlarıdır. Onların adları universitetin rəsmi saytından götürülmüşdür və onlardan heç birinin bizim müraciətimizə qədər bu məsələdən xəbəri olmayıb.
Nəzərinizə çatdırıram ki, dələduzlar həmin saxta sayta bizim həqiqi saytımızda dərc etdiyimiz məqalələri daxil etməklə insanları aldadıb və hiyləgərliklə başqa müəlliflərdən böyük məbləğdə pul alaraq, onların materiallarını bizim məqalələrimizin arasına yerləşdiriblər. Bununla əlaqədar olaraq, bildirirəm ki, bizim jurnala təqdim edilən heç bir məqalə yoxlanılmadan, ekspertizadan keçirilmədən çap edilmir. Xahiş edirəm, bunu nəzərə alıb, belə dələduzlara aldanmayasınız. Haqqında bəhs etdiyim sayt ABŞ-da hazırlanıb. Əgər uzaq ABŞ-da bizim jurnaldan bu şəkildə istifadə etmək həvəskarları tapılıbsa, yəqin qabaqcıl ölkələrdə çap edilən nüfuzlu jurnalların da adından istifadə edənlər ola bilər.
Tibb üzrə elmi-tədqiqat aparan və "Azərbaycan Tibb Jurnalı"da elmi məqalələrini çap etdirmək istəyən şəxslərin nəzərinə.
Hazırda biz müvafiq təşkilatlarla əlaqə saxlayıb, saxta saytın fəaliyyətini bloklamaq üçün iş aparırıq. Bununla bərabər, elmi tədqiqatla məşğul olan həmkarlarımıza başqa jurnallara da məqalə göndərərkən ehtiyatlı olmağı tövsiyə edirəm.
Bu bizim tibbi elmi jurnalın real saytının linkidir.
//www.azmedjournal.com/index.php/amz/issue/view/1
Haqqında bəhs etdiyim saxta saytın əsas səhifəsinin şəklini diqqətinizə çatdırıram".
Nazirliyin rəsmi jurnalının saxta saytı açıldı - Analoqu olmayan dələduzluq - FOTO

Hadisə       Tarix: 05 aprel 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU

Bakıda qadına cinsi zorakılıq edib pulunu ələ keçirən şəxs saxlanılıb. -a istinadən xəbər verir ki, Yasamal rayon sakini G.H. polisə müraciət edərək Araz Ayaz oğlu Babayevin ona qarşı cinsi zorakılıq etdiyini, daha sonr

Xaçmazda ağır qəza: ölən var

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb. xəbər verir ki, Rahim Rasim oğlu Nəsirovun idarə etdiyi "Şevrolet Kruz" markalı avtomobillə piyada Məhərrəm Şirnəli oğlu Baxışovu vurub. Nəticədə piyada hadisə yerind

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi

Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəminin vurulması zamanı azərbaycanlıların hamısı xilas edilib. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsini

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb. trend- ə istinadən xəbər verir ki, qəza rayonun Arazbar kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdl

Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza şəhərin M.Maqomayev prospektində olub. Belə ki, "Hyundai" və "Chevrolet" markalı avtomobillər toqquşub. Qəza zamanı 2010-c

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinlər

Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə

Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şossesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbə

Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər

Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. KONKRET.azxəbər verir ki, 1983, 198


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbərlər.com kriminal bugun dunyada son xeberler cəbhədən son xəbərlər