Nə qədər ki, Ermənistan Azərbaycanla sülh sazişinə razılıq verməyəcək, vəziyyət gərgin olaraq qalacaq
Xəbər verdiyimiz kimi, avqustun 2-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.
Son zamanlar Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində baş verən hadisələri təhlil edən Müdafiə naziri Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribata hazır olmağı və onların qarşısının dərhal alınmasını əmr edib.
Politoloq Elxan Şahinoğlu Azxeber.com-a bildirib ki, nə qədər ki, Ermənistan Azərbaycanla sülh sazişinə razılıq verməyəcək, vəziyyət gərgin olaraq qalacaq:
"Müharibədən sonra Ermənistan tərəfindən atəşkəs mütəmadi olaraq pozulur. Nə qədər ki, Ermənistan Azərbaycanla sülh sazişinə razılıq verməyəcək, nə qədər ki, sərhədlərin müəyyənləşməsi ilə bağlı danışıqlara başlamır, sərhəddə və bölgədə vəziyyət gərgin olaraq qalacaq. Bu səbəbdən Azərbaycan Müdafiə naziri haqlı olaraq belə bir qərar verdi və təxribatlara qarşı adekvat addımlar atılmasını bildirdi".
Politoloq onu da bildirib ki, qış aylarına yaxın tərəflər arasında nisbi sakitlik ola bilər:
"Ermənistan tərəfi guya müqavimət gücünün olduğunu göstərmək üçün bu cür təxribatlar yaradır. Düşünürəm ki, qış aylarına yaxın tərəflər arasında nisbi sakitlik ola bilər. O zaman dağlarda gediş-gəliş çətinləşəcək. O vaxta qədər bölgədə vəziyyət gərgin olaraq qalacaq. Buna artıq biz özümüz də alışmalıyıq. Çünki biz 30 ildən sonra sərhədlərimizi müəyyənləşdiririk. Qarşı tərəf də buna əsəbi reaksiya verir. Ona görə bu gərginlik hələ davam edəcək".
Aydın Nuri

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Prezident sərəncam imzaladı