"Nə qədər ki saxta diplomu olan adamlara hörmətlə yanaşacağıq, təhsilimiz irəli getməyəcək
"Azərbaycanda ibtidai sinif müəllimlərinin əksəriyyəti orta ixtisas təhsili alıb".
Bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşü zamanı bildirib.
Onun sözlərinə görə, müəllimlərin sertifikasiya imtahanında da ən zəif nəticə göstərən orta ixtisas təhsili alan şəxslərdir:
"Elə imtahanda 0-29 bal toplayanlarda orada təhsil alanlardır. İbtidai sinif müəllimlərin sertifikasiya imtahanında 0-29 bal toplayanların təxminən 20 faizi ali təhsillidir. Ağcabədi Pedaqoji Texnikumunun diplomu ilə işləyənlərin 56 faizi, Gəncə Humanitar Kollecinin diplomu ilə işləyənlərin 52 faizi, Astara Pedaqoji Texnikumunun diplomu ilə işləyənlərin 49 faizi imtahandan kəsilib. Bəzi texnikumlarda oxuyanlar da var ki, indi o müəssisələr fəaliyyət göstərmir. Yaxşı ki, zamanında bağlanıb".
O qeyd edib ki, Azərbaycanda 20-25 il əvvəl məktəblərə işə götürmədə səhvlər olub:
"Nəticələrini yaşayırıq. İndi onu işə götürən, diplom verən həyatda yoxdur. Saxta diplom alıb, işə düzələnlərin nəticəsini şagirdlər çəkiblər. Nə qədər ki saxta diplomu olan adamlara hörmətlə yanaşacağıq, təhsilimiz irəli getməyəcək. Bunu edənlər və alanlar qınanmalıdır". / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi