Neapol Şəhər Şurası yekdilliklə Azərbaycana dəstək sənədi qəbul edib - VİDEO

Neapol Şəhər Şurası yekdilliklə Azərbaycana dəstək sənədi qəbul edib - VİDEONeapol Şəhər Şurası yekdilliklə Azərbaycana dəstək sənədi qəbul edib - VİDEO
Bakı şəhəri ilə qardaşlaşma əlaqələrinə malik olan İtaliyanın Neapol şəhərindən Azərbaycana münasibətdə dostluğun bariz nümunəsi olan növbəti addım atılıb.
Bu barədə Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, Neapol Şəhər Şurasının üzvü Vincenzo Solombrinonun Şəhər Şurasına təqdim etdiyi "Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətin ifadə edilməsi və Azərbaycan ilə İtaliya arasında çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsi məqsədi daşıyan addımların atılması üçün İtaliya hökumətinə müraciət sənədi" yekdilliklə qəbul edilib.
Sənəddə beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan Dağlıq Qarabağ bölgəsinin 1990-cı illərin əvvəllərində Azərbaycanın ətraf yeddi rayonu ilə birlikdə Ermənistan tərəfindən işğal edildiyi, həm Dağlıq Qarabağdan, həm də ətraf yeddi rayondan bütün azərbaycanlıların qovulduğu bildirilir.
"BMT-nin TŞ-nın və Baş Assambleyanın müvafiq qətnamələri, digər beynəlxalq təşkilatların qərarları, eləcə də BMT-nin bütün üzv dövlətləri Dağlıq Qarabağı Azərbaycan Respublikasının bir hissəsi kimi tanıyır, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin suverenliyini, ərazi bütövlüyünü və toxunulmazlığını təsdiqləyir və bütün işğalçı qoşunların Azərbaycan ərazilərindən dərhal çıxarılmasını və bütün azərbaycanlı qaçqınların və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını tələb edir", - deyə sənədin mətnində qeyd olunub.
Sənəddə Ermənistan tərəfindən Azərabaycana qarşı ötən ilin sentyabrın 27-də başlayan növbəti təcavüzdən sonra yeni müharibənin alovlandığı və müharibənin 44 gün davam etdiyi vurğulanır.
"Neapol Şəhəri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsiplərinə, xüsusən də BMT və ATƏT-in müvafiq sənəd və qətnamələrində təsbit edilmiş suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanaraq sülh yolu ilə həll edilməsini dəstəkləyən və Avropa Birliyi, İtaliya hökumətinin mövqeyi ilə uyğunluq təşkil edən mövqeyini İtaliya hökumətinə bildirir və hökuməti münaqişə tərəflərini 10 Noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti arasında imzalanan Bəyanatındakı öhdəliklərin yerinə yetirilməsinə çağırış etməyə səsləyir", - deyə sənəddə qeyd edilir.
Sənəddə, habelə qeyd olunur ki, münaqişənin sona çatması və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, həmin ərazilərin yenidən qurulması üçün strateji planın başladılması Azərbaycanda növbəti inkişaf mərhələsinin təmin edilməsinə gətirib çıxaracaqdır. Bu vəziyyətin italyan şirkətləri üçün yeni əhəmiyyətli iqtisadi və ticari imkanlar yarada biləcəyini nəzərə alaraq, Nepol Şəhər Şurası İtaliya hökumətini ərazilərini işğaldan azad etməklə yeni inkişaf mərhələsinə daxil olan Azərbaycanla çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə yönəlmiş konkret bir öhdəliyin ortaya qoyulmasına və İtaliya üçün aparıcı tərəfdaş ölkə olan Azərbaycanla əlaqələrin dərinləşdirilməsi üçün birgə təşəbbüsləri planlaşdırılmağa çağırır.
Sənəddə, həmçinin iki ölkənin hökumət başçıları tərəfinən 2020-ci ilin fevralında imzalamış "Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə"də təsbit edilmiş siyasi, iqtisadi, enerji, texnoloji, mədəniyyət, akademik və səhiyyə sahələrində geniş əməkdaşlıqla xarakterizə olunan iki ölkə arasındakı yüksək səviyyəli əlaqələrdən də bəhs edilir. Eyni zamanda, sənəddə bu gün İtaliyanın əsas neft tədarükçüsü olan Azərbaycanın İtaliyanın enerji təchizatında mərkəzi rol oynadığı vurğulanır və TAP qaz kəmərinin istismar mərhələsinə qədəm qoyması ilə Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyindəki rolunun daha da güclənəcəyi bildirilir.
Habelə əlavə olunur ki, Cənubi Qafqazada İtalyan məhsullarının əsas idxalçısı məhz Azərbaycandır və İtaliyanın bölgə ilə idxal/ixracatının 92%-i Azərbaycanın payına düşür.
Məlum olduğu kimi, Azərbaycanın Bakı və Neapol 1972-ci ildən bəri qardaşlaşmış şəhərlərdir və bu qardaşlaşma mədəni, ticarət və institusional mübadilə ilə iki xalq arasında dostluq əlaqələrinin gücləndirilməsinə töhfələr verməkdidr. Bu istiqmamətdə Neapol-Bakı Assosiasiyası tərəfindən də müxtəlif təşəbbüslər həyata keçirilməkdədir. Neapol Şəhər Şurasının qərarına münasibətdə fikrini bildirən Neapol-Bakı Assosiasiyasının prezidenti Cuzeppe Kanilia qeyd edib ki, Neapol şəhəri beynəlxalq hüququ dəstəkləmək, Azərbaycanla, Bakı şəhəri ilə bütün sahələrdə əməkdaşlığı davam etdirmək üçün Azərbaycan xalqına və Azərbaycana yaxınlığını nümayiş etdirmək istəyib. Bu qardaşlaşma sübut edir ki, iki şəhər və iki xalq arasındakı qardaşlıq münasibətləri xüsusilə də çətin anlarda institusional dəstəklə təsdiq olunur.
Azərbaycan Respublikasının İtaliyadakı səfiri Məmməd Əhmədzadə də Neapol Şəhər Şurasına müvafiq qərarına görə təşəkkür edərək bildirib:
"Neapol hər bir azərbaycanlının qəlbində yaşayan bir şəhərdir. Bakı ilə Neapolu çox dərin dostluq əlaqələri birləşdirir. Azərbaycanda bir deyim var: əsl dost dar gündə tanınar. Neapol şəhərinin bu qərarı əsl dostluğun bariz nümunəsidir. Azərbaycan xalqı ilə dostluq və həmrəyliyə görə Neapol Bələdiyyə Şurasına, şəhər merinə, şəhərin sakinlərinə dərin təşəkkürümü bildirirəm".

/oxu.az

Siyasi       Tarix: 02 yanvar 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberler bu gun xəbər az krminal bu gun xeber.az 2026