Nəcməddin Sadıkov "Tərtər işi"nə görə niyə dindirilmir?

Nəcməddin Sadıkov 2017-ci ilin aprel-iyun aylarından sonra mütəmadi olaraq mətbuatda işıqlandırılan, cəmiyyətdə də birmənalı qarşılanmayan "Tərtər işi" ilə bağlı zaman-zaman müxtəlif detallar üzə çıxır.
Zərərçəkənlər dindirildikcə yeni sirlərin üstü açılır və prosesdə əli olan simaların adı çəkilir. Məsələnin maraqlı tərəfi isə yüksək rütbəli şəxslərin verdiyi ifadələrdə öz əksini tapır. Belə ki, dindirilənlər prosesdə sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun adını çəkir və israrla onun da dindirilməsini tələb edirlər. Bu isə bir sual yaradır: belə olan halda Nəcməddin Sadıkov "Tərtər işi" ilə bağlı niyə dindirilmir və ümumiyyətlə, onun ifadə verməsi gözləniləndirmi?
Nəcməddin Sadıkov Mövzunu KONKRET.az-a dəyərləndirən Ağ Partiya sədri Tural Abbaslı bildirir ki, "Tərtər işi" ilə əlaqədar ilk gündən bəri tək Nəcməddin Sadıkov yox, prosesdə adı hallanan digər iri fiqurların da məsuliyyətə cəlb olunması, istintaq tərəfindən dindirilməsi və təkcə icraçıların deyil, həm də tapşırıq verənlərin cinayətə cəlb olunması ilə bağlı fikirlər səsləndirilib:
"Hərçənd bir zamanlar hakimiyyət bu hadisələri inkar edirdi, ancaq yenidən gündəmə gəldi və nəticədə məhkəmələr oldu, günahsız yerə cəza çəkənlər bəraət aldı, müəyyən günahkar şəxslər cəzalandırıldı. Məncə, bu proses yenə də davam edəcək.
O ki qaldı Nəcməddin Sadıkov və onun timsalında rəhbərlikdə təmsil olunanların hələ də məsuliyyətə cəlb olunmamasına, mən burada siyasi səbəblər görürəm. Çünki bunun başqa izahı yoxdur. Əminəm ki, siyası səbəblər istintaqa təsir göstərməsə, bu prosesi 1-2 ay ərzində ədalətli şəkildə həll etmək olar. Amma müxtəlif siyasi və dövlət maraqları, daxili münasibətlər sistemi bu istintaqın ədalətli və şəffaf aparılmasına imkan vermir".
Partiya sədrinin sözlərinə görə, icraçılar tutulub cəzalandırılırsa, sifarişçilər də həbs olunmalıdır: "Yəni burada səbəb sırf siyasidir, nəinki texniki. Bir sözlə, siyasətin istintaq prosesinə müdaxiləsi dayanan kimi bu məsələ də həllini tapacaq".
Nəcməddin Sadıkov Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev da hesab edir ki, "Tərtər işi"ndə ən çox adı hallananlardan biri Nəcməddin Sadıkovdur: "Bu səbəbdən də, təbii ki, o, mütləq dindirilməlidir.
Bu, çox həssas cinayət işidir. Bu işdə günahı, cinayəti sübut olunan hər kəs tutduğu vəzifədən asılı olmayaraq, çox sərt surətdə cəzalandırılmalıdır", – deyə BAP sədri əlavə edib.
Mərahim Nəsib,
KONKRET.az

Siyasi       Tarix: 01 dekabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bu gun xeberler az son xeberler 2026 son xəbərlər