Neft bahalaşdı
Dünya bazarlarında neft 1%-dən çox bahalaşıb. İnvestorlar ABŞ-dan neftin ixracına qadağanın tətbiq edilməsi perspektivlərini qiymətləndirirlər.
KONKRET.az xəbər verir ki, Şimal dənizində hasil olunan "Brent" neftinin avqust fyuçersləri 1,21% bahalaşaraq 1 bareli 112,03 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 1,22% artaraq 1 bareli 111,11 ABŞ dolları təşkil edib.
Qiymət artıma ABŞ-ın energetika naziri Cennifer Qranholmun yanacaq qiymətlərinin artımına imkan verməmək üçün ölkədən neft ixracına qadağanın tətbiqinin istisna edilmədiyi barədə bəyanatı səbəb olub.
Bundan başqa, Aİ-nin Rusiyadan tədarükə tətbiq edilən məhdudiyyətlər də diqqət mərkəzində qalmaqdadır.
ABŞ-da neftin kommersiya ehtiyatları ilə bağlı statistika "qara qızıl"ın qiymətinə təsirsiz ötüşüb. Belə ki, mayın 20-dək olan həftə ərzində ABŞ-da neftin ehtiyatı gözlənilmədən 0,567 milyon barel artıb. Analitiklər ehtiyatların 0,69 milyon barel azalacağını güman edirdilər.
ABŞ-ın Energetika Nazirliyi ölkədə neftin kommersiya ehtiyatları ilə bağlı rəsmi statistikanı bu gün açıqlayacaq.
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı