Neft qiymətlərinin artması ən çox bu ölkələrə TƏSİR EDƏCƏK
2023-cü ilin sonuna qədər neftin bir barelinin qiyməti 100 dollara yüksələrsə, tədarükdən ciddi şəkildə asılı olan Yaponiya, Hindistan, Almaniya və Fransanın iqtisadiyyatları ən çox zərbə alacaq.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, OPEC+ ölkələrinin neft hasilatını azaltması səbəbindən neftin bareli 100 dollara qalxarsa, bu, ABŞ istisna olmaqla, on ölkənin iqtisadiyyatına mənfi təsir göstərəcək.
Qeyd olunub ki, bundan xüsusilə neft idxal edən 5 ölkə birbaşa, Türkiyə də daxil olmaqla daha 5 dövlət isə dolayı zərər görəcək.
Ekspertlər bildirir ki, bu, yanacaq təchizatından ən çox asılı olan ölkələrə, xüsusilə, Yaponiya, Hindistan, Almaniya və Fransa birbaşa təsir edəcək. Cənubi Koreyada da sənayenin müəyyən sahələri təsirlənəcək.
Qeyd olunub ki, inkişaf etməkdə olan bazarlar da neftin bahalaşmasından əziyyət çəkəcək.
Ekspertlərin fikrincə, uzunmüddətli perspektivdə neftin bir barelinin qiyməti 80-90 dollar arasında dəyişəcək.
İqbal Rzayev,
KONKRET.az

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Millimiz Moldova yığmasına uduzdu
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi