Neftçalada COVID-19 xəstəsinə cinayət işi başlanılıb

Neftçalada COVID-19 xəstəsinə cinayət işi başlanılıbKoronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Open.az xəbər verir ki, bu barədə "Report"a Neftçala rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, Neftçala rayon sakini, 1995-ci il təvəllüdlü Qasımov Elşən Fərman oğlu COVID-19 virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək, həmin müddəti evdə keçirməli olduğu halda, yaşadığı evi qanunsuz tərk etməklə epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.
Faktla bağlı Neftçala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Neftçala Rayon Polis Şöbəsinə göndərilib.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. /open.az

Hadisə       Tarix: 14 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)

Kəlbəcər rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb. Trend-ə istinadən xəbər verir ki, hadisə İstisu yolunda qeydə alınıb. Quzeyçirkin kənd sakini, 1996-cı il təvəllüdlü Quliyev İbrahim Əbülfə

Qarışıq mallar mağazası kül oldu 

Zaqatalada qarışıq mallar mağazasında yanğın baş verib. -a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Danaçı kəndində qeydə alınıb. Kənd sakini Səbiət Rəbiət qızı İsayevaya məxsus qarışıq mallar mağazasınd

Bakıda yeni tikilən binada yanğın - Fotolar

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. KONKRET.azxəbər verir ki, məlumatla əlaqəda

Salyanda zəncirvari qəza: 5 nəfər

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azreport-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisində

4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır

Xankəndi şəhərində 4 yaşlı uşaq ehtiyatsızlıqdan xəsarət alıb. KONKRET.azxəbər verir ki, uşaq yaşayış binasının üçüncü mərtəbəsindən yıxılıb. İlkin məlumata görə, uşaq xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Hadis

Azərbaycanlıların olduğu avtobus Rusiyada qəzaya düşdü - ölənlər və yaralananlar var 

Bakıdan Gürcüstana qatarla gedən, daha sonra avtobusla Moskva istiqamətində yola davam edən azərbaycanlılar Rusiyanın Stavropol diyarında ağır qəzaya düşüblər. Bu barədə Stavropol diyarı üzrə Azərbaycan icmasının rəhbər

Ailəsi meyitini buradan tapdı - Beyləqanda müəmmalı ÖLÜM

Beyləqanda kişi meyiti tapılıb. xəbər verir ki, hadisə Yuxarı Aran kəndində qeydə alınıb. 56 yaşlı Hüseynov Habil Mənsim oğlunun meyitini ailə üzvləri yaşadığı evin həyətindəki köməkçi tikilidə aşkarlayıblar Onun hansı səbəbdə

Bakıda qadın stəkanla döyüldü

Bakının Xəzər rayonunda 38 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. xəbər verir ki, hadisə Xəzər rayonu, Xaşa-Xuna bağlar massivində onların birgə yaşadıqları evdə baş verib. Masallı rayon sakini

Mərmərə dənizində Türkiyə bayraqlı gəmi toqquşdu - biri batdı

Silivri sahillərində batan gəmidən hələlik sağ çıxan yoxdur. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib. Uraloğlu qeyd edib ki, qəza ilə bağlı ilk çağırı


son xeberler yeni xeberler azerbaycan xeberleri sou biznes cəbhədən şad xəbər idman xeberleri son xeber 2026