Timoteuş Puxaç "Sabah"dan gedir?

Timoteuş Puxaç "Sabah"ın futbolçusu Timoteuş Puxaç gələcəkdə Polşanın "Lex" klubuna qayıtmaq istədiyini açıqlayıb.
KONKRET.az qol.az-a istinadla xəbər verir ki, 27 yaşlı müdafiəçi bu barədə "Meczyki" nəşrinə müsahibəsində danışıb.
Jurnalistin nə vaxtsa "Lex"ə qayıtmaq istəyib-istəmədiyi ilə bağlı sualını cavablandıran Puxaç bidlirib:
"Əlbəttə, əlbəttə. Bunun üçün çalışacağam. "Lex" inanılmaz dərəcədə inkişaf edən klubdur. Bunu görmək çox xoşdur. Klub böhran yaşadığı vaxt orada çıxış edirdim. Birlikdə bu vəziyyətdən çıxdıq, gənc futbolçuların inkişafına kömək etdik və Avropa Liqasına vəsiqə qazandıq".
Polşalı futbolçu İngiltərə Premyer Liqasında da özünü sınamaq istədiyini qeyd edib.
Qeyd edək ki, Puxaç "Lex"in yetirməsidir. O, bu klubun əsas komandasında 82 oyun keçirib, 7 qol vurub və 12 məhsuldar ötürmə edib. 2021-ci ildə Berlin "Union"una transfer olunan müdafiəçi daha sonra "Trabzonspor", "Panatinaikos", "Kayzerslautern", "Holşteyn Kiel" və "Plimut"da çıxış edib.
Əlavə edək ki, Timoteuş Puxaç 2025-ci ildən "Sabah"da oynayır. Onun Bakı klubu ilə müqaviləsi 2029-cu ilin iyununa qədərdir.

İdman       Tarix: 11 noyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu

"Qalatasaray"ın 21 yaşlı ulduzu Aleksey Batrakov Çempionlar Liqasında əlamətdar bir statistikaya imza atıb. Cəmi dörd oyunda ilk dörd qolunu vuran rusiyalı futbolçu Lionel Messidən (13 oyun) və Kriştiano Ronaldoda

"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?

"Sabah" komandasını Norveçdə "Vikinq"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda 200-dək azarkeşin dəstəkləyəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Report-a Azərbayca

FIFA U-15: millimiz sonuncu matçına çıxacaq

Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və festivalında bu gün sonuncu matçına çıxacaq. bildirir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv Əfqanıstan millisi ilə (83-cü yer uğrunda) qarşılaşacaq. Görüş Hövsa

"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı 

Misli Premyer Liqasında XI tura və I dövrəyə bu gün yekun vurulacaq. xəbər verir ki, sonuncu oyun günündə daha iki matç keçiriləcək. İlk olaraq "Sumqayıt" "İmişli"nin qonağı olacaq. Yevlax şəhər stadionundak

Ronaldo millidəki karyerasını başa vurdu

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kristiano Ronaldo Portuqaliya millisindəki karyerasını başa vurub. KONKRET.azxəbər verir ki, 41 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib

Qurban Qurbanov "Fənərbağça"nın siyahısında

"Fənərbağça" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu klubun potensial çalışdırıcıları sırasına salıb. KONKRET.azxəbər verir ki, bu barədə türkiyəli jurnalist və şərhçi Sərdar Əli Çelikler məlumat yayıb

"Sabah" doğma meydanda xal itirdi

Misli Premyer Liqasının XI turunun daha bir oyunu keçirilib. KONKRET.azxəbər verir ki, günün ikinci matçında "Sabah" "İmişli"ni qəbul edib. "Sabah Arena"da keçirilən qarşılaşma 2:2 hesablı heç-heç

"Əl-Nəsr"dən Ronaldonu istədilər

Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldo və Joao Feliksin noyabrda keçiriləcək Millətlər Liqası oyunlarına hazırlıq prosesinə qoşulması üçün "Əl-Nəsr" klubuna rəsmi müraciət ünvanlayıb. xəbər verir ki

"Sabah" Zinəddinlə yolları ayırdı

"Sabah" fransalı futbolçu Zinəddin Uld Xaledlə yollarını ayırıb. KONKRET.azxəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber metbuat en son xəbərlər bugün sonxəbər