"Neftçi" "Şəmkir"in rekordunu təkrarladı
"Qarabağ" Azərbaycan çempionatları tarixində 400-cü ev oyununu keçirib.
Publika.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin yubileyi Premyer Liqanın XV turunun "Neftçi" ilə matçına təsadüf edib.
Hesabında 270 qələbə və 79 heç-heçə olan komanda öz meydanında 51-ci məğlubiyyətini alıb – 1:2. Cari çempionatın I dövrəsindəki ev görüşündə də "Neftçi"yə eyni hesabla uduzan "Qarabağ" öz meydanında rəqibindən xal ala bilməyib. Bu, bakılılar üçün ilkdir. "Ağ-qaralar" iki mərhələli və ya 4 dövrəli çempionatların heç birində "Qarabağ"la hər iki səfər matçında qalib gəlməmişdi.
Ağdam klubu isə tarixində ikinci dəfə eyni komandaya mövsümün hər iki ev matçında məğlub olub. "Neftçi" "Şəmkir"in 19 il əvvəl imza atdığı rekordu təkrarlayıb. 2001/02 mövsümündə qərblilər "Qarabağ" üzərində iki səfər qələbəsi qazanıb – 3:1, 2:0.
Qeyd edək ki, "Qarabağ" "Neftçi" ilə derbilərdə üç dəfə mövsümdə 6 səfər xalı qazanıb. Bu, 2012/13, 2014/15 və 2016/17 mövsümlərinə təsadüf edib.
Xidmetler [newsid: 0-123300]

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu