Neftin qiymətindəki artım hansı həddə kimi davam edə bilər? – Ekspertlər AÇIQLADI - ÖZƏL

Neftin qiymətindəki artım hansı həddə kimi davam edə bilər? – Ekspertlər AÇIQLADI - ÖZƏLSon günlər dünyada "qara qızıl"ın qiyməti sürətlə bahalaşır. Belə ki, dünən "Brent"markalı neftin bir bareli 100,99 ABŞ dolları olub. Bununla yanaşı "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,19 ABŞ dollar, yaxud 3,22 faiz artaraq 102,30 ABŞ dollarına çatıb. Yəni neft bazarında qiymətlər 100 dollar psixoloji həddini keçib.
Maraqlıdır, bu bahalaşmanın səbəbi nə ilə bağlıdır? Qiymət artımı hansı həddə qədər davam edəcək?
Mövzu ilə bağlı KONKRET.az–ın suallarını enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev cavablandırıb. O bildirib ki, neftin qiymətində qeydə alınan son qiymət artımları geosiyasi faktorlarla bağlıdır: "Ukrayna ətrafında baş verən hadisələr özünü nəinki enerji, o cümlədən xammal və əmtəə bazarlarında da göstərir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi geosiyasi vəziyyəti gərginləşdirməklə yanaşı xammal və  əmtəə bazarlarını, bütövlükdə qlobal iqtisadiyyatı təhdid altına alıb. Bu qeyri-müəyyən vəziyyət ola bilər ki, qısa müddətli dövrlərdə enerji təhlükəsizliyinə də neqativ təsir etsin. Təbii ki, neft qiymətlərində mövcud sıçrayışlar Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədardır. Qiymət artımları eyni zamanda bütövlükdə dünyada gedən  gərgin geosisyasi vəziyyətlə bağlıdır. Cari ilin yanvar ayında artıq gündəlik neftə olan təlabat təxminən 98,7 milyon ton barrel civarında idi. Bu göstərici pandemiyadan əvvəlki, yəni 2019-cu ildəki qlobal neft tələbatı göstəricilərinə yaxındır. Xatırladım ki, 2019-cu ildə neftə olan sutkalıq tələbat 99,9 milyon barrel təşkil edirdi".
Neftin qiymətindəki artım hansı həddə kimi davam edə bilər? – Ekspertlər AÇIQLADI - ÖZƏLEkspert bildirib ki, qlobal bazarlarda mövcud qiymət artımı tendensiyasının nə qədər davam edəcəyi məlum deyil: "Məsələ burasındadır ki, Rusiyanın enerji resurslarının ixracında eyni zamanda digər neft və neft məhsullarının ixracı ilə bağlı transaksiyaların həyata keçirilməsində çox ciddi probelmlər var.  Həmçinin, Rusiya limanlarına gəmilərin yaxınlaşmasında da çətinliklər yaşanır. Neft bazarları artıq bir neçə ildir ki, çox həssas durumdadır. Bazara daxil olan kiçik neft həcmləri belə bazarda əks-səda doğurur. Rusiyanın gündəlik neft hasilatı 10 milyon barreldən yuxarıdır. İxrac həcmi isə 4-4,5 milyon barel civarındadır. Belə bir böyük həcmin birdən-birə dünyanın neft bazarından yığışdırılması ciddi disbalans yaradır və qiymətlərə təsir göstərir. Bu həm də inflyasiya risklərini artıracaq. Hazırki vəziyyət neft emalı zavodlarının xammalla yüklənməsi prosesini də təsir altına alacaq. Bütövlükdə onu deyə bilərəm ki, Rusiya və Ukrayna ətrafında baş verənlər neft bazarına heç də yaxşı vədlər vermir".
Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov isə bildirib ki, hazırda bazarda kəskin qiymət artımı müşahidə olunur: "Bunun əsas səbəbi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlıdır. Proseslərin fonunda neft bazarında qiymətlər bahalaşır. Lakin bu qiymət artımının hansı həddə qədər davam edəcəyini proqnoz vermək çox çətindir".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Sosial       Tarix: 01 mart 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər bugün 2026 sonxabar az sou biznes xeberler az